“Vurulan”x9d qudalar dərdlərini bölüşməyə həmdəm tapmır...

“Vurulan”x9d qudalar dərdlərini bölüşməyə həmdəm tapmır...

Hazırda oxunan: “Vurulan”x9d qudalar dərdlərini bölüşməyə həmdəm tapmır...

102667

Beynəlxalq Bankın sabiq rəhbəri, adı milyardlarla manatlıq iqtisadi diversiyada hallanan Cahangir Hacıyevin anası srağagün haqq dünyasına qovuşub. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, C.Hacıyevin anasının dəfn mərasimi olduqca sönük keçib. Belə ki, bu günə qədər istər sabiq nazir Eldar Mahmudovun, istərsə də C.Hacıyevin xeyrində-şərində dəridən-qabıqdan çıxan, özlərini hər vasitə ilə göz soxmağa, adıçəkilən şəxslərə daha bir addım yaxın olmağa çalışan yüzlərlə insanın böyük əksəriyyəti gözə dəyməyib. Dəfn mərasiminə qatılan şəxslərin də bəlli bir qismi mərhumun yaxınlarına başsağlığı verdikdən dərhal sonra mərasimi tərk edib.

Bir sözlə, dəfn mərasimi fonunda baş verən hadisələr “vurulan”x9d qudaların dərdlərini bölüşməyə həmdəm tapmadığını göstərib. Habelə, proseslər sabiq nazir E.Mahmudov və Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin dost-yoldaş, qohum-qardaş kontingentinin sürətlə “əridiyini”x9d, sabun köpüyü kimi yox olduğunu ortaya qoyub. Hadisələrin gedişatı göstərir ki, hər kəs batmaqda olan gəmini tərk edir. Görünən odur ki, yaxın bir neçə gündə E.Mahmudov və C.Hacıyevin ətrafında özlərindən başqa kimsə qalmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO