İlham Əliyev mesaj verdi:  Vəzifədən kimlər gedəcək?

İlham Əliyev mesaj verdi: Vəzifədən kimlər gedəcək?

Hazırda oxunan: İlham Əliyev mesaj verdi: Vəzifədən kimlər gedəcək?

100768
xa0
Bu sözləri axar.az-a politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr iclasındakı nitqini şərh edərkən söyləyib. Onun sözlərinə görə, yeni islahatlar dövlət aparatının daha çevik işləməsinə şərait yaradacaq:
xa0
“Zənnimcə, ölkədə struktur islahatları ilə bərabər siyasi islahatlar da keçiriləcək. Prezident çıxışında çox dərinə gedən və idarəetmə siyasətini xeyli sadələşdirən, onu səmərəli, effektiv işləməyə məcbur edən islahatların əsas istiqamətlərini göstərdi. O qeyd etdi ki, bəzi idarəetmə strukturları bir-birini təkrarlayırlar. Əslində, bu, büdcədən əlavə xərclərin çoxalmasına səbəb olur. Prezident idarəetmə ilə bağlı çox ciddi anonslar verdi. Bunun əsas modeli kimi ASAN Xidmət göstərildi. Belə görünür ki, Prezident İlham Əliyev idarəetmənin sadələşdirilməsi strategiyasını ortaya qoyur. Təəssüf ki, ölkədə zəhmətsiz gəlirlərə uyğunlaşmış bürokratik aparat var və o, idarəetmədən çox, öz mənafeyini güdür. Dövlətin maraqları bəzən şəxsi maraqlardan geri düşmüş olur. Məncə, prezident çıxışında dövlət aparatının sadələşdirilməsi, onun çevik və səmərəli işləməməsinə səbəb olan problemləri göstərdi”x9d.
xa0
Politoloq keçiriləcək islahatların daha çox xalqın xeyirinə olacağını bildirib:
xa0
“Struktur dəyişiklikləri olarsa, müəyyən idarələr birləşəcək və ixtisar olunacaq. Bu siyahıda nazir də, komitə sədri də, qapalı səhmdar cəmiyyəti rəhbəri də ola bilər.
xa0
Prezident əsas nümunə kimi ASAN Xidməti göstərdi. Bu isə o deməkdir ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə güclənəcək. Bir sözlə, xalqın ürəyincə olan islahatlar həyata keçiriləcək”x9d.
xa0
Politoloq bir-birini təkrarlayan qurumlarla bağlı fikrini də bölüşüb:
xa0
“Məncə, bu sıraya tikinti idarələri aid edilə bilər. Doğrudur, bu idarələrin çoxu önəmlidir, lakin bu tip tikinti və meliorasiya idarələrinin sayı onlarladır. Bundan başqa, bir-birinin fəaliyyətini təkrarlayan xeyli komitə və səhmdar cəmiyyət mövcuddur. Üstəlik, həmin təşkilatların hər birinin böyük kadr korpusu var. Onların çoxu heç bir iş görməyib, sadəcə dövlət işçisi kimi görsənməklə maaş alırlar. İlk növbədə tikinti ilə bağlı sahələrdə islahatlara başlanacağını və o qurumların birləşdiriləcəyini düşünürəm.
xa0
Kənd təsərrüfatı sahəsində də olan müəyyən idarələr də ləğv ediləcək. Sanitariya idarəsi ilə bağlı işlər də sadələşdirilə bilər. Ölkədə elə vəziyyət yaranıb ki, sanitariya idarəsi istənilən sahəyə müdaxilə edib onu bağlaya bilir. Ümumiyyətlə, yaxın zamanlarda bu islahatların müəyyən nəticələrini artıq görə biləcəyik”x9d.
xa0
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr iclasındakı yekun çıxışında rüşvətxorluq, korrupsiyaya qarşı ciddi addımlar atılması gərəkdiyini vurğulayıb. Bundan əlavə, prezident ölkədə müəyyən strukturların bir-birini təkrarladığını və ona görə də ciddi islahatlara ehtiyac yarandığını bildirib.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO