Bakıda qəza törədən türkiyəli pilot cərimələndi – SƏBƏB 

Bakıda qəza törədən türkiyəli pilot cərimələndi – SƏBƏB 

Hazırda oxunan: Bakıda qəza törədən türkiyəli pilot cərimələndi – SƏBƏB 

79140

Bakıda keçirilən “Formula 1” yarışlarında qəza törədən türk pilot Cem Bölükbaşı cərimələnib. 

Bizim.Media xəbər verir ki, buna "Charouz Racing System"də çıxış edən türkiyəli "Formula 2" pilotu olan Bölükbaşının avtomobilinin yarışların 12-ci turunda israilli sürücü Roy Nissaninin avtomobilinə çırpılması səbəb olub. 

Belə ki, 24 yaşlı sürücünün atası Yavuz Bölükbaşı və meneceri Temuçin Ünalp DAMS komandasının qarajına gedərək Roy Nissanin məşqçisi Françesko Martinezlə mübahisə edib. 

Cemin atasının isə növbəti “Formula 1” yarışlarına qatılması qadağan edilib.Buna görə türkiyəli pilota 5 000 avro cərimə tətbiq olunub. 

Məlumat üçün bildirək ki, Roy Nissani və Cem Bölükbaşı Azərbaycan Qran-prisində bir-birilərinə toxunduqdan sonra qoruyucu səddə çırpılıblar. Hadisədən sonra israilli sürücü "trasda bir axmaq var" ifadəsini işlədib. Bölükbaşı isə "o mənə toxundu" deyib. 
Daha sonra yarış rəhbərliyi hadisəni araşdırıb və Nissaninin qəzaya səbəb olduğu üzə çıxıb. Pilot qarşıdakı yarışda mübarizəyə 3 sıra geridən başlayacaq. Cemin atasının isə növbəti “Formula 1” yarışlarına qatılması qadağan edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO