
- A-
- A
- A+
"Düşmənlərin çabaları əbəsdir, onlar istədiklərinə nail ola bilməyəcək..."
"Düşmənlər anlamır ki, milli müxtəliflik Rusiyanı yalnız gücləndirir və hazırda cəmiyyətimizin konsolidasiyası baş verir..."
"Rusiyanın ali məktəb tələbələrinin hər üçüncüsü ölkəni tərk etmək istəyir, hər ikincisi ölkədə baş verənləri böhran adlandırır..."
Rusiya prezidenti Vladimir Putin Rusiyanın Qərb düşmənlərini yeni müstəmləkə təfəkkürünə malik ağıldankəmlər adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə o, Millətlərarası münasibətlər üzrə Şuranın iclasında deyib.
Rusiya lideri həmçinin qeyd edib ki, düşmənlər anlamır ki, milli müxtəliflik Rusiyanı və onun tərəfdaşlarını yalnız daha da gücləndirir.
"Mən artıq dedim, öz yeni müstəmləkə ideyalarını rəhbər tutan adamlar ağıldankəmdir və belələrinin müsabiqəsində ikinci yeri tuta bilər, - Putin bəyan edib. - Nədən ikinci yeri? Çünki ağıldankəmlərdir".
Rusiya prezidenti vurğulayıb ki, bədxahların çabaları əbəsdir. O, hesab edir ki, Rusiyanı kiçik dövlət qurumlarına bölmək çağırışları tamahdan qaynaqlanan maraqlar ilə bağlıdır.
Onun sözlərinə görə, ölkənin düşmənlərinin Rusiya ərazisini istismar etməklə onu özünə tabe etməkdən başqa arzusu yoxdur. Sadə rusiyalılar bilir ki, birlik ölkəni güclü və məğlubedilməz edir. Putin vurğulayıb ki, hazırda cəmiyyətin konsolidasiyası baş verir.
Bu arada isə "Vacib tarixçələr" nəşri hakimiyyətyönlü qurumların 10-28 apreldə keçirdiyi sorğunun Kremlə təqdim edilən nəticələrini açıqlayıb.
Belə ki, Rusiyanın ali məktəb tələbələrindən hər üçüncüsü ölkəni tərk etmək istəyir, hər ikincisi ölkədə baş verənləri böhran hesab edir.
Bu sorğu 50-dən çox ali məktəbdə keçirilib, onlardan 30-u Ukraynanın işğal edilmiş ərazilərində yerləşir. Sifarişçilər arasında Rusiya prezidenti administrasiyası da var.
Respondentlərin 36 % ölkədə baş verənlərdən həyəcan və qorxu, 25 % ümid, 20 % qəzəb və məyusluq, 12-14 % hörmət, qürur və etimad hissi keçirdiklərini deyib.
13 % hakimiyyətin ölkənin hərbi qüdrətinin qayğısına qalmalı olduğunu hesab edir.
Ali İqtisadiyyat Məktəbində təhsil alan respondentlərin 58 % mühacirət barədə düşündüklərini bəyan edib.
Sorğu keçirilənlərin 64 % ölkə prezidentinə etimad edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































