“Qətlindən iki gün öncə görüşəndə Mikayıl Gözəlov mənə dedi ki...”- Əlisaab Orucov

“Qətlindən iki gün öncə görüşəndə Mikayıl Gözəlov mənə dedi ki...”- Əlisaab Orucov

Hazırda oxunan: “Qətlindən iki gün öncə görüşəndə Mikayıl Gözəlov mənə dedi ki...”- Əlisaab Orucov
620702
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
 
Şuşanın ilk icra başçısı... Sağ qalsaydı, 75 yaşı tamam olacaqdı...
 
“Volski və Polyaniçko ona qənim kəsilmişdilər...”
 
“Polyaniçko ona Şuşadan sonuncu dəfə çıxarılmış 63 erməni ailəsinin geri qayıtmalarına şərait yaratması haqda göstəriş verəndə Mikayıl belə cavab vermişdi...”
 
Bu gün – aprelin 5-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Şuşa Rayon İcra Hakimiyyətinin ilk  başçısı olmuş Mikayıl Gözəlovun doğum günüdür. Yaşasaydı, 75 yaşı olacaqdı... 1991-ci il dekabrın 11-də düşmənlərimizin var gücü ilə işğalına hazırlaşdığı Şuşa şəhərində - iş kabinetində qətlə yetirilmiş Mikayıl müəllimi onu şəxsən tanıyanlar və tanımayanlar nəinki Şuşanın, bütövlükdə Qarabağın erməni işğalından müdafiəsi üçün əlindən gələn fədakarlığı göstərmiş bir şəxsiyyət kimi xatırlayırlar...
 
Sabiq ədliyyə naziri Əlisaab Orucov Moderator.az-a açıqlamasında Mikayıl Gözəlovla bağlı xatirələrini bölüşüb:
 
“Şuşa rayonunun rəhmətlik icra başçısı Mikayıl Gözəlovu yaxşı tanıyırdım. Mikayıl cavan olmasına baxmayaraq, ağıllı və müdrik bir insan idi. O, Şuşa rayon icraiyyə komitəsinin sədri və sonra da partiya komitəsinin 1-ci katibi olanda Şuşanın müdafiəsi ilə bağlı çox  işlər görmüşdü. Elə Qarabağda 1988-ci ildən Moskvanın dəstəyi ilə baş qaldıran erməni separatçılığına qarşı belə fəal mübarizəsinə görə də Kreml canişinləri Volski və Polyaniçko ona qənim kəsilmişdilər. Artıq 1989-1990-cı illərdə ermənilər Ağdamdan Şuşaya gələn sərnişin avtobuslarını və avtomobilləri  Xankəndi yaxınlığındakı Ağa körpüsünün yanında nəinki daşa basır, hətta avtomat silahlardan atəşə tuturdular. Mikayıl Gözəlov bununla əlaqədar Xankəndinə gedib oradakı keçmiş vilayət məmurlarına öz sözünü demişdi: “Atdığınız bir gülləyə 10 güllə ilə cavab alacaqsınız”.
 
Polyaniçko ona Şuşadan sonuncu dəfə çıxarılmış 63 erməni ailəsinin geri qayıtmalarına şərait yaratması haqda göstəriş verəndə Mikayıl belə cavab vermişdi: “Doğma yurd-yuvalarından – Ermənistandan, Xankəndindən, Qarabağın kəndlərindən qovulmuş bütün azərbaycanlılar nə vaxt öz yurdlarına qaytarılacaqsa, o vaxt ermənilərin də Şuşaya qayıtmalarından danışmaq olar”...
 
Axır vaxtlar Polyaniçko ilə onun arasında tez-tez mübahisə baş verirdi. Münasibətləri olduqca gərginləşmişdi.
 
Yaxşı yadımdadır, qətlə yetirilməmişdən iki gün əvvəl Şuşada görüşəndə Mikayıl mənə dedi ki, dünən gecə saat 2-də kabinetinin  giriş  qapısının aşağı hissəsinə  güllə atıblar. “Bunu Polyaniçkodan və onun əlaltılarından başqa heç kim təşkil edə bilməz” deyib güllə dəyən yeri mənə göstərdi.
 
Mikayıl Gözəlova məsləhət gördüm ki, həddindən artıq ehtiyatlı, ayıq-sayıq və tədbirli olsun. Çox heyif ki... Düşmən öz işini gördü... Onu qətlə yetirdilər... Amma o, sağ qalsaydı, çox güman ki, o vaxt  Şuşanın müdafiəsini başqa cür təşkil edərdi...
 
Allah qəni-qəni rəhmət eləsin!..”
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO