“Rektor Cəfər Cəfərovdan sonra göstəricilərimiz xeyli yaxşılaşdı...” - ADPU-nun prorektoru

“Rektor Cəfər Cəfərovdan sonra göstəricilərimiz xeyli yaxşılaşdı...” - ADPU-nun prorektoru

Hazırda oxunan: “Rektor Cəfər Cəfərovdan sonra göstəricilərimiz xeyli yaxşılaşdı...” - ADPU-nun prorektoru
601515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əsas marağımız məzunlarımızın öz ixtisasları üzrə fəaliyyyət göstərmələridir”

 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov Moderator.az-a açıqlamasında məzunların məşğulluq fəaliyyətindən danışdı.

 

“Xeyli irəliləyişin olduğunu deyə bilərəm”

 

Prorektor açıqlaması zamanı bu sahədə irəliləyişin olduğunu bildirdi:

 

“Təhsildə Keyfiyyət Agentliyi çərçivəsində 6 illik məzunlarımızın nəticələrini dərindən analiz etmişik və xeyli irəliləyişin olduğunu deyə bilərəm.  Bu da son illər aparılan məqsədyönlü tədbirlərin nəticəsidir.  İmtahanların daha da şəffaf test deyil, yazılı formada aparılır. Bundan əlavə, pandemiya dövründən daha fərqli qiymətləndirmə üsulları tətbiq edirik. Belə ki tələbələrimiz şifahi, yaxud da layihə əsaslı  qiymətləndirmədə də iştirak edir. Bundan əlavə, eksperimental qrupların, SABAH qruplarının açılması,  Avropa İttifaqı ilə Erasmus+ proqramı ilə mobillik imkanı və s. bütün bunlar ADPU-nun  nəticələrini yüksəltməyə xidmət edir”.

 

Prorektor ADPU məzunlarının MİQ müsabiqəsində işəqəbul göstəriciləri ilə də bağlı maraqlı faktları qeyd edir. Onun sözlərinə görə, Cəfər Cəfərovun rektor təyinatından sonra bu göstəricilər daha da güclənib:

 

“2013-cü ildən Müəllimlərin İşəqəbulu Müsabiqəsi həyata keçirilir. 2016-cı ildən professor Cəfər Cəfərovun rektor təyin edilməsindən sonra məzunlarımızın MİQ nəticələrində olduqca irəliləyiş var. Nümunə kimi, 2022-ci il məşğulluq hesabatına nəzə salaq: 2022-ci ildə universitetimizin 1969 məzunu olub. Onlardan 139 nəfəri hərbi xidmətə yollanıb. 322 nəfər ölkəmizdə, 105 nəfər isə xarici ölkədə magistratura üzrə təhsilini davam etdirib. 622 məzun isə MİQ müsbiqəsində uğurla iştirak edib. Nəticədə, ADPU məzunlarının 2022-ci il üzrə məşğulluq göstəricisi  60%-dir.  Bu, əvvəlki illərlə müqayisədə olduqca yükək rəqəmdir. 

Bizim əsas marağımız məzunlarımızn öz ixtisasları üzrə fəaliyyyət göstərmələridir. Hər il universitetimizdə I kursda təhsil alan tələbələrlə motivasiya sorğuları keçiririk.  Bu il sorğuda I kurs tələbələrimizin 70%-i universiteti bitirdikdən sonra müəllim olaraq, fəaliyyət göstərmək istədiklərini bildirdi.

 

2017-2018-ci illərdə bu sorğunun nəticəsi 30-40% idi. Bu gün əminliklə deyə bilərəm ki, hazırda I kursda təhsil alan tələbələrimiz məzun olduqdan sonra builki məzunlardan daha çoxu öz ixtisasları üzrə fəaliyyət göstərəcklər. Müəllimlik peşəsinə marağın artması çox sevindirici haldır.  Bizim əsas hədəfimiz bu peşəni sevən gənclərin univeristetimizdə təhsil almasını istəyirik.  Doğrudur,  hər il plan yerlərimiz tam dolur. Amma biz həqiqətən müəllim olmaq istəyənlər ADPU-nu seçməsini istəyirik. Bunun üçün daim  abituriyentlərlə işləyirik”.

 

Rəna Nəbi

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO