Lukaşenko Putinlə bağlı qapılar arxasında nələrdən danışacağını açıqladı...

Lukaşenko Putinlə bağlı qapılar arxasında nələrdən danışacağını açıqladı...

Hazırda oxunan: Lukaşenko Putinlə bağlı qapılar arxasında nələrdən danışacağını açıqladı...
599781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Görüşün məsələləri arasında Belarusdakı birgə hərbi qruplaşma da var...
 
Cümə günü, fevralın 17-də Rusiya və Belarus diktatorları Vladimir Putin və Aleksandr Lukaşenkonun görüşü planlaşdırılır. Özünü Belarus Respublikasının prezidenti elan etmiş şəxs gündəlikdə hansı məsələlərin müzakirə olunacağını bildirib.
 
Moderator.az xəbər verir ki, Belarusun hökumətyönlü “Belta” nəşrinin yaydığı məlumata görə, Lukaşenko bu barədə cümə axşamı, fevralın 16-da keçirdiyi mətbuat konfransında bildirib
 
Belarusun saxta prezidentinin sözlərinə görə, görüşün mövzuları arasında iqtisadi, siyasi və təbii ki, hərbi məsələlər var. Bu kontekstdə Lukaşenko və Putin Belarusda ümumi hərbi qruplaşmanı müzakirə edəcəklər.
 
"Biz təhlükəsizlik və müdafiə məsələlərini müzakirə edəcəyik. Amma ən əsası, Ali Dövlət Şurasında müzakirə olunacaq iqtisadi, hərbi və siyasi xarakterli məsələləri müzakirə edəcəyik. Ən vacib məsələlərdən biri: hələ də görmək istəyirik ki, Belarus və Rusiya hökumətləri bizim qarşıya qoyduğumuz işləri necə həyata keçirirlər, ilk növbədə iqtisadi: enerji resursları, vahid bazar, idxalın əvəzlənməsi - onların necə maliyyələşdirilməsi, necə həyata keçirilməsi. Bu, bütün məsələlərin kompleksidir.  Ona görə də bütün məsələləri müzakirə edəcək”, - deyə o bildirib.
 
Xatırladaq ki, Belarus diktatoru Aleksandr Lukaşenko “müharibəyə son qoymaq” üçün Baydeni Putinlə danışmaq üçün Minskə çağırır. O, hətta fevralın 20-22-də Polşada olacaq Baydenə öz təyyarəsini göndərməyə hazırdır.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO