Moderator.azxa0saytı Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlının "Erməni faşizmi" kitabının hissə-hissə təqdimatına başlayıb.xa0
Qeyd edək ki, olduqca zəngin tarixi materiallara və faktlara müraciət edilmiş bu kitab erməni faşizminin gerçək üzünü bir daha oxuculara çatdırmaq baxımından nadir mənbə hesab oluna bilər. Əsrlərdi başımıza gətirilən müsibətlərdən nəticə çıxarmayan unutqan toplum olduğumuzdan heç olmasa başımız daşa dəyəndən sonra namərd qonşularımızın millət olaraq iç üzünü bir daha öyrənməkdə fayda olduğu qənaətindəyik...
Əvvəlini bu linkdən oxumaq olar-- moderator.az/news/215889.html
Hitlerin Türkiyə, Azərbaycan planı və ermənilər
xa0
III Reyxin rəhbəri Adolf Hitlerin SSRİ planı ilə yanaşı, Türkiyəyə qarşı da gizli düşmənçilyi vardı. Elə bu səbəbdən də nasistlər ermənilərlə çox sıx əməkdaşlıq ediblər.xa0
Hitlerin bu planlarını diqqət mərkəzinə gətirənlər erməni yazar və tədqiqatçılardır. Onlar da Hitlerlə ermənilərin əməkdaşlığını normal bir hal sayıblar. Eduard Abramyanın “Qafqazlılar Abverdə” adlı kitabında bu planlardan geniş şəkildə bəhs edir. Onun kitabında bu faktlar yer almışdır.Hitler Almaniyasının siyasi koordinatoru, siyasətçisi Alfred Rozenberq yazır: "Alman siyasətinin hədəfi Qafqazda, həmçinin onun cənub qonşularında siyasi və hərbi müstəvidə hakimiyyətə yiyələnməkdir (Eduard Abramyan, `Kavkaztsı v Abwehre`, s.43). Alfred Rozenberqin tərtib etdiyi işğal xəritəsinin sərhədləri içərisində Türkiyə də vardı.xa0
xa0

Ermənilərin türk nifrətini bilən nasistlər bundan məharətlə yararlanmağa çalışırdılar. Elə bu səbəbdən də Reyxin rəsmi nümayənələri ermənilərə belə bir açıq müraciət ünvanlayırlar: "Birlikdə ortaq hərəkətə keçməyimizxa0 üçünxa0 sahib olduğunuz imkanlarla bağlı bizə dəqiq məlumat verin. Və sonra hansı istəkləriniz varsa, onları da bizə bildirin"xa0 Erməni yazar Abramyana görə, erməni məsələsi hər zaman olduğu kimi, Hitler Almaniyasının da xarici siyasətini reallaşdırmasında bir vasitə rolunu oynayıb. Məhz buna görə də III Reyx ermənilərlə əlaqədar tamamilə ayrı və xüsusi siyasət yürüdürdü. Təbii ki, o zaman Almaniya daxilində olan erməni mühacirlərdən həm SSRİ, həm də Türkiyəyə qarşı istifadə olunacaqdı. Abramyan yazır ki, ermənilərin türklərə nifrətini bilən almanlar erməni legionerlərə, Abverçilərə və erməni SS-çilərinə davamlı olaraq deyirdilər ki, "Sizin əsas vəzifəniz ölkənizi türklərdən və SSRİ-dən xilas etməkdir. Bu, sizin üçün böyük bir qürurdur". Arxiv və kəşfiyyat sənədlərinə görə, Berlin Ermənistan və Gürcüstan təmsilçilərinə cumhuriyyətin elanından sonra ermənilərin və gürcülərin illərlə onları əzən Türkiyəyə qarşı müqəddəs bir müharibəyə hazırlaşmalarının vacib olduğunu bildirmişdi. Bu işdə erməni və gürcüləri Avropadan Yunan hərbi birlikləri, Vermaxt (Alman silahlı qüvvələri) və SS birlikləri, əlavə olaraq italyan və bolqar orduları dəstəkləyəcəkdi. Hətta o zamankı razılaşmaya əsasən, Ermənistan və Gürcüstan Türkiyəyə hücum etmək üçün Almaniyanın ixtiyarına 100 minlik canlı qüvvə də verməli idi.Qeyd olunan məsələrin hamısı erməni (daşnak)-alman razılaşmasında, yəni "Gertrud planı"nda detallı şəkildə əks olunub. Ermənistana Şərqi Anadolu və Kilikiya, Gürcüstana Trabzon, İtaliya, Bolqarıstan və Yunanıstana isə İzmir əraziləri vəd olunmuşdu.

"Gertrud planı"
(Nasistlərin “Böyük Ermənistan” planı)
"Gertrud planı"1942-ci ildə işə düşsə də, cəbhədəki məğlubiyyətlərdən dolayı arxa plana keçdi. Onu da vurğulamaq lazımdır ki, "Gertrud planı"nın adı zaman-zaman dəyişdirilib.xa0
Almaniya II Dünya Müharibəsinin əvvələrində pantürkizm ideologiyası ilə Türkiyəni SSRİ-yə qarşı qoymağa cəhd etmişdi. Ancaq 1942-cı ildən sonra III Reyxin siyasi xəttində dəyişiklik baş verdi. Alfred Rozenberq və III Reyx hökuməti həm SSRİ, həm də Türkiyəyə qarşı Qafqaz planının icra etməyə başladılar. Onlara ermənilər fəal yardım edirdilər.xa0 Şübhəsiz ki, bu işdə almanlara ən böyük dəstəyi Daşnaklar göstərəcəkdi. Türkiyəyə qarşı nasistlərinxa0 Daşnak birlikləri 1943-cü ilin ortalarında I Dünya Müharibəsində iştirak etmiş Daşnak könüllü rəhbəri Qareqin Njdenin rəhbərliyi altında qurulmuşdu. Alfred Rozenberqin strateji planına görə, Almaniyanın himayəsi altında olan "Ermənistan Baş Komissarlığı" yaradılmalı idi.
xa0
Nasistlərin Qarabağ və Naxçıvan planları
Hitler Almaniyası Daşnakların sadiqliyi, böyük xidmətləri qarşılığında Qarabağı, Naxçıvan və Axalkalakinin bir qismini ermənilərə söz vermişdi. Bundan savayı, Qarabağ bölgəsindəki erməniləri SSRİ-yə qarşı qiyama qaldırmaq üçün həmin əraziyə Almaniya ermənilərdən ibarət qeyri-nizami hərbi qruplar və xüsusi təlim görmüş dəstələr göndərmişdi.xa0 Hazırlanmasındaxa0 Abeğyanın da iştirak etdiyi Qafqazxa0 planındaxa0 Rozenberq Naxçıvan və Qarabağı ayrıca göstərirdi, yəni bu ərazilər işğal halında Azərbaycana aid edilməyəcəkdi. Almanlar Njdenin kim olduğunu yaxşı bilirdilər. Alman istihbaratında bu bilgilər yer almışdı ki, Naxçıvan və Zəngəzurda saysız-hesansız cinayətlər törətmiş bu şəxsxa0 Zəngəzurdakı cinayətlərinin üstünün açılacağından qorxaraq 1920-ci ildən sonraxa0 Bolqarıstana qaçıb. ABŞ-da olub, Avropa ölkələrini dolaşıb, Tsexakron adlı erməni faşist təlimi yaradıb, erməni gəncləri Türkiyıyə qarşı səfərbər etmək üçün qisasçılar dəstəsi formalaşdırıb.xa0 Njde qədim türk torpağı, eradan əvvəl 8-ci əsrdən bəri türklərin yaşadığı Süniki, yəni indiki Zəngəzuru işğal edərək Ermənistana birləşdirməsi ilə həmişə fəxr edib.xa0 Bu günə qədər Zəngəzur da erməni işğalı altındadır. Njde hardan keçmişsə orad qan izi buraxmışdır. 1913-cü ilin noyabrın 15-də Njdenin komandiri olduğu dəstə ilə Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı əzabla, vəhşiliklə qətlə yetirməsindən və bu "şücaət" inə görə Bolqarıstanla Yunanıstanın hərbi ordenlərini almasından sonraxa0 Lev Trotskixa0 bolqar sosial-demokratlarınaxa0 ünvanladığı məktubunda yazırdı: Yoldaş Njdenin əməllərini duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarşı pis vuruşmur. Lakin yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk gənclərdən onu "sevmələrini" tələb edib, özü qadın paltarı geyib və səhərədək "təcavüzə" məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu hadisə biabırçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq".
xa0xa0
Njdexa0 "Tsexakron" adlı ifrat millətçi təşkilatıxa0 yaradanda məşhur daşnak Manuçar Sukiasyanxa0 demişdi: "Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç dəfə özünü iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın-yarıkişixa0 Njde bizə cəsarət və kişilik dərsi keçir”

xa0
to Sukarelawan Armenia Dalam Tubuh Nazi Jerman
xa0
Salah seorang sukarelawan Armenia yang paling terkenal, Razmik Nazarjan.Dia berada di Prancis tahun 1944 ketika sebagian anggota batalyonnya (II/9) ditransfer untuk membentuk sebuah kompi SS. Dia kemudian bertugas di Waffenverband SS "Armenien".Tak lama setelah ditangkap oleh NKVD Soviet, dia mengaku bahwa dia adalah seorang SS-Obergruppenführer.Ini adalah suatu kebohongan, karena pangkat terakhirnya sebenarnya adalah Hauptmann dari formasi Kavaleri ke-2 di Waffenverband SS "Armenien" (komandannya sendiri, yaitu Vardan Sarkissian, pangkatnya hanya Oberst!).Kenapa Nazarjan berbohong?Ini masuk akal ketika kita tahu bahwa biasanya Rusia mengeksekusi setiap anggota SS tanpa berlama-lama setelah ditangkap.Untuk anggota Wehrmacht sendiri, prosesnya lebih "manusiawi", dimana mereka umumnya dikirim ke gulag Siberia atau Asia Tengah. Bagi Rusia, musuh nomor 1 adalah warganya yang ketahuan berkhianat dengan mendukung Jerman (terutama bangsa-bangsa Kaukasus). Kalau Nazarjan mengaku bahwa dia adalah seorang sukarelawan ex-Soviet, maka bisa dipastikan hidupnya akan berakhir tak lama kemudian!
xa0Para sukarelawan Armenia dari Armenische Legion (Legiun Armenia) tiba di selatan Prancis untuk memperkuat pertahanan pantai di wilayah Mediterania.Tidak kurang dari 33.000 orang Armenia yang pernah merasakan mengabdi di batalyon-batalyon lapangan Wehrmacht, sementara 7.000 lainnya bertugas di unit-unit non-tempur serta logistik. Kebanyakan dari mereka adalah eks Tentara Merah yang menjadi tawanan Jerman dari sejak tahun 1941 dan diberi pilihan untuk bertempur membela Hitler atau dipaksa membusuk di kamp-kamp tawanan yang mempunyai kondisi menyedihkan. Sebagian kecilnya dengan senang hati bergabung secara sukarela dengan Jerman mewakili kaum nasionalis yang menentang aneksasi Armenia oleh Uni Soviet.Otoritas militer Jerman kemudian mendapati bahwa orang-orang Armenia ini mempunyai semangat tempur yang rendah karena dilatih secara seadanya dan tanpa motivasi. Mereka cenderung untuk membangkang perintah atasannya, melakukan desersi, atau bahkan membantu musuh! Setelah Jerman menyerah kalah, para prajurit anggota Legiun Armenia direpatriasi ke Uni Soviet dimana sebagian besar dari mereka didakwa atas tuduhan pengkhianatan dan dieksekusi atau dikirim ke gulag. Foto ini sendiri diambil oleh Erwin Schultz di dekat Toulon, Var (Prancis), bulan Februari 1944
III Reyxin rəhbəri Adolf Hitlerin SSRİ planı ilə yanaşı, Türkiyəyə qarşı da gizli düşmənçilyi vardı. Elə bu səbəbdən də nasistlər ermənilərlə çox sıx əməkdaşlıq ediblər.xa0
Hitler Almaniyasının siyasi koordinatoru, siyasətçisi Alfred Rozenberq yazır: "Alman siyasətinin hədəfi Qafqazda, həmçinin onun cənub qonşularında siyasi və hərbi müstəvidə hakimiyyətə yiyələnməkdir (Eduard Abramyan, `Kavkaztsı v Abwehre`,s.43).
Alfred Rozenberqin tərtib etdiyi işğal xəritəsinin sərhədləri içərisində Türkiyə də vardı. Ermənilərin türk nifrətini bilən nasistlər bundan məharətlə yararlanmağa çalışırdılar. Elə bu səbəbdən də Reyxin rəsmi nümayənələri ermənilərə belə bir açıq müraciət ünvanlayırlar: "Birlikdə ortaq hərəkətə keçməyimiz üçün sahib olduğunuz imkanlarla bağlı bizə dəqiq məlumat verin. Və sonra hansı istəkləriniz varsa, onları da bizə bildirin" (Eduard Abramyan, `Kavkaztsı v Abwehre`, s.45).
Erməni yazar Abramyana görə, erməni məsələsi hər zaman olduğu kimi, Hitler Almaniyasının da xarici siyasətini reallaşdırmasında bir vasitə rolunu oynayıb. Məhz buna görə də III Reyx ermənilərlə əlaqədar tamamilə ayrı və xüsusi siyasət yürüdürdü. Təbii ki, o zaman Almaniya daxilində olan erməni mühacirlərdən həm SSRİ, həm də Türkiyəyə qarşı istifadə olunacaqdı.xa0
(Şəkildə: Bütün erməniləri SSRİ-yə qarşı mübarizəyə dəvət etmək məqsədi ilə Almaniyada çəkilmiş foto: Hərbi geyimdə olan erməni əsgəri (mənbə: Bundesarchiv)
Abramyan yazır ki, ermənilərin türklərə nifrətini bilən almanlarxa0 ermənixa0 legionerlərə, Abverçilərə və erməni SS-çilərinə davamlı olaraq deyirdilər ki, "Sizin əsas vəzifəniz ölkənizixa0 türklərdən və SSRİ-dən xilas etməkdir. Bu, sizin üçün böyük bir qürurdur".
Arxiv və kəşfiyyat sənədlərinə görə, Berlin Ermənistan və Gürcüstan təmsilçilərinə cumhuriyyət elanından sonra ermənilərin və gürcülərin illərlə onları əzən Türkiyəyə qarşı müqəddəs bir müharibəyə hazırlaşmalarının vacib olduğunu bildirmişdi. Bu işdə erməni və gürcüləri Avropadan Yunan hərbi birlikləri, Vermaxt (Alman silahlı qüvvələri) və SS birlikləri, əlavə olaraq İtalyan və Bolqar orduları dəstəkləyəcəkdi. Hətta o zamankı razılaşmaya əsasən,xa0 Ermənistanxa0 və Gürcüstan Türkiyəyə hücum etmək üçünxa0 Almaniyanın ixtiyarına 100 minlik canlı qüvvə də verməl idi. Qeyd olunan məsələrin hamısı erməni (daşnak)-alman razılaşmasında, yəni "Gertrud planı"nda detallı əks olunub. Ermənistana Şərqi Anadolu və Kilikiya, Gürcüstanaxa0 Trabzon, İtaliya, Bolqarıstan və Yunanıstana isə İzmir əraziləri vəd olunmuşdu.
"Gertrud planı" 1942-ci ildə işə düşsə də, cəbhədəki məğlubiyyətlərdən dolayı arxa plana keçdi. Onu da vurğulamaq lazımdır ki, "Gertrud planı"nın adı zaman-zaman dəyişdirilib.
III Reyx və ermənilər
xa0
Njde və digərləri ilə birlikdə faşistlərlə çox sıx əməkdaşlıq edən erməni lider Dro (Drastamat Kanayan) idi. Azərbaycan torpaqlarında qatıcinəayətlər törədən bu adam cəzasız qalmış və onun Amerikada rahat həyat sürməsinə şərait yaradılmışdır.Drastamat Kanayan 1 May 1883-cü ildə İrəvan Guberniyasının Sürməli uyezdndə (indiki Iğdır vilayətinin Tuzluca mahalına bağlı Sürmeli kəndi) doğulmuş, İrəvanda oxumuşdu. Çar rəhbərliyinə qarşı inqilabçı hərəkata girmişdi. Erməni İnqilabçı Federasiyası- Daşnaksutyunun üzvü idi. I. Dünyaxa0 müharibəsində Rusiya İmperatorluq Ordusu tərkibindəki Erməni Könüllü alaylarında komandirlik etdi. 1918 Aprelində qurulan Demokratik Erməni Respublikası tərəfindən "Qərbi Ermənistan Rəhbərliyi"xa0 Hərbi Komissarlığına rəis təyin edildi. Qars və Ərzurum cəbhələrində Osmanlı Ordusuna qarşı döyüşdü. Eyni il Ermənistan Müdafiə Nazirliyinə gətirildi.
Mart 1920-dəki Ermənistan-Azərbaycan müharibəsində və 28 oktyabr - 7 noyabr 1920 tarixlərində Erməni-Türk müharibəsində Erməni ordusuna rəhbərlik etdi. 8 noyabr 1920-ci ildə Kazım Qarabəkir əmrindəki TBMM ordusu tərəfindənxa0 məğlubiyyətə uğrayaraq Gümrü şəhərini türklərəxa0 təslim etdi. Daha sonra 30 noyabr 1920-ci ildə qəbul edilen Gümrü Andlaşmasını imzalayan Erməni heyətində yer aldı. 1 Dekabr 1920-ci ildə Ermənistanın bolşeviklər tərəfindən işğalından sonra İrana qaçdı. Daha sonra Almaniyaya yerləşdi. II.Dünya Müharibəsində Almaniya ordusu (Vermaxt) tərkibində ermənilərdən ibarət 812. batalyonun başına gətirildi. Krım və Şimali Qafqaz cəbhəsində yer aldı.xa0 Müharibədən sonra hərbi cinayətkar elan olunsa da onun ABŞ-a qaçmasına imkan yaradıldı. Almaniyadakı uzun mühacirət dövründə Nasizmin yüksəlişini maraqla izləyənxa0 bu erməni çeteci Nasyonal Sosialist Partiyasının iqtidara gəlişi ilə özünü Adolfxa0 Hitlerə yaxından tanıtmaq üçün xeyli əlləşmişdi. Hitler, xarici irqlərdən şəxslərə güvənmək kimi bir xasiyyəti olmamasına baxmayaraqxa0 onun qırğınlar sahəsində zəngin siyahısını görüncə bu erməni faşistinə tam səlahiyyət verib onuxa0 SS birliklərinə bağlı "812-ci Erməni Batalyonu" nu qurmasına imkan vermişdi. Əksəriyyəti ermənilərdən ibarət olan və sonrakı illərdə "Erməni Legionu" adını alacaq olan bu batalyonun ilk mərhələdəki vəzifəsi Almaniya içində yəhudi və qaraçı ovu olmuşdu, sonrakı mərhələlərdə isə Şərq cəbhəsində ruslara vuruşmaq olmuşdu ,daha sonrakı mərhələdə isə o Türklərə qarşı müharibədə yer alacaqdı. Bu Hitlerin tapşırığı da Kanayanınxa0 can-başla yerinə yetirdiyi hərbi vəzifə idi.
xa0
Birinci Dünya müharibəsi illərində işgəncə və kütləvi qırğınxa0 sahəsində məharətilə diqqət çəkən Dro qısa müddətdə faşistləri də də özünə heyran buraxdı və SS-çilər arasında "yəhudi ovçusu" adıyla şöhrət qazandı. Hitler Almaniya içindəki etnik təmizləmə əməliyyatı tamamlandıqdan sonra Dronu batalyonu iləxa0 birlikdə Krım və Şimali Qafqazın işğal edilmiş bölgələrində nizamı təmin edən "sadiq bir maşa" olaraq istifadə etdi. Həm ABŞ, həm İsrail, həm də SSRİ agentlərinin müharibə canisi nasistlərə qarşı dünya səviyyəsində amansız bir əməliyyatlar keçirmələrinə və bir çox canini həbs edib mühakimə etmələrinə baxmayatraq Dronu sərbəst buraxmaları düşündürücüdür, bu əli qanlı qatil, diaspora ermənilərinin köməyi iləxa0 ABŞ-a "mühacir" sifətiylə girməyi bacardı. Yanında həyatı boyunca bütün ehtiyaclarını qarşılayacaq bir sərvət də götürərək Massachusetts əyalətinə yerləşdi. Burada özünə FBI tərəfindən edilən tək xəbərdarlıq, "səsini kəsib az danışması" ydı. 1956-cı ildə Bostonda öldü. Məzarı 2000-ci ildə ABŞ-dan Ermənistana gətirildi.
xa0
Adolf Hitlerin
sadiq erməni xidmətçiləri
daha kimlərdi?
xa0
Budur onlar:
Artaşes Abeqyan - əslən Naxçıvan ermənisidir. 1941-ci ildə Alfred Rozenberqlə dəfələrlə görüşərək ermənilərin Sovetlərə qarşı köməyini təklif edib.xa0xa0
1942-ci ildə Erməni Milli Komitəsini idarə edib, eyni zamanda Yozef Göbbelsin əmrində olan "Ayastan" qəzetinin redaktoru postunda çalışıb. 1943-cü ildə Polşadakı ölüm düşərgəsində SSRİ-yə qarşı fəaliyyət üçün xüsusi dəsrlər verib.xa0
Vaçaq Artaşesoviç Abeqyan - Almaniyaya mühacir etmiş ermənilərdəndir. İşğal olunmuş Şərq Bölgələri idarəsində tərcüməçi olaraq çalışıb. Əsir düşərgələrini bir-bir gəzərək Daşnaqsutyun partiyasına üzvlər toplayaraq onları almanlar üçün çalışmağa təlimatlandırıb. Erməni Milli Komitsənin üzvü olub.
Hakop Petroviç Aziryan - AG-114 "Dromedar" təşkilatının rəsmi üzvü olub. Müharibə zamanı erməni generalı, nasistlərlə əməkdaşlıq edən Dro ilə birlikdə Sovet əsgərlərinin istintaq olunmasında fəallıq göstərib. Eyni zamanda casusların deşifrə olunmasında, habelə SSRİ-yə qarşı casus hazırlanmasında xüsusi rolu olub.
Vahan Tetevosoviç Hayrapetyan - Daşnaq partiyası üzvü, alman casusu və nasizm təbliğatçısıdır. Yəhudilərin ölüm düşərgəsində polis olaraq çalışıb. İşğal ounmuşxa0 Şərq Bölgələri adlı nazirliyin Berlindəki Təbliğat və Təşviqat məktəbində dərslər verib.xa0
Hayk Asatryan - Almanlarla sıx əməkdaşlıq edib. Njdenin yanında Türkiyəyə qarşı erməni hərbi birliklərinə siyasi dərslər verib. (1944-cü ildə III Reyxin Təbliğat və Təşviqat naziri Yozef Göbbels şəxsən özü erməni legionunun göstərdikləri xidmətlərdən dolayı ermənilərin rəsmi nümayəndələri ilə görüş keçirir.)
Tiqran Bağdasaryan - alman kəşfiyyatınınxa0 rəsmi casusu olub. Müharibə vaxtı general Dronun qrupunda AG-114xa0 təşkilatında çalışıb. Erməni Milli Komitəsinin üzvü olub, eyni zamanda Yozef Göbbelsin "Ayastan" qəzetinin müdiri idi.xa0xa0
xa0Suren Bekzadyan - Daşnak Ermənistanın Azərbaycan (Bakı) səfirinin oğludur.xa0 Alfred Rozenberqin himayəsi altında olan "Osank" adlanan təşkilatın SSRİ-nin işğal olunmuş bölgələrində ermənilərlə əlaqədar təbliğat işlərində çalışıb.xa0
Nikolay Hambariumoviç Gevorkyan - AG-114 "Dromedar"ın kəşfiyyat orqanında çalışıb. Erməni əsirlərə yardım adı altında gizli olaraq Sovetlərə qarşı erməni casusları formalaşdırıb. Ələlxüsusi təbliğat və təşviqt işlərində çox aktiv olub.xa0
Aleksandr Hatisyan - Daşnaq Ermənistanın rəhbəri olub. Könüllü erməni dəstələrinin toplanması üçün nasistlərin təşkil etdiyi toplantılara tez-tez qatılıb.xa0
Aram Konstantinoviç Mirimanyan - AG-114 casusu olub, həmçinin "Ayastan" qəzetində redaktor kimi də çalışıb. General Dronun əsas adamlarında biri olub. 1945-ci ildə əsir kamplarında SSRİ-yə əks olaraq təbliğat aparıb və əsirləri Sovetlərə geri dönməməyə çağırıb. Geri dönmək istəməyənləri isə xarici pasportla təmin edib.
xa0Alfred Muradyan - alman xüsusi xidmət orqanı "Zeppelin"in casusu olub. Alman ordusunda hərbi dərəcəyə nail olub. 1937-ci ildə Almaniya Nasional Sosialist partiyasına üzv olub.1942-ci ildən Erməni Milli Komitəsinin alman silahlı qüvvələri ştabında rəsmi təmsilçi olub.Tez-tez yəhudilərin ölüm düşərgəsi Auşvitsə baş çəkib.Erməni könüllülərinin yaradılmasında böyük işlər görüb. Yozef Göbbelsin sevgisini qazanmağı bacarıb.xa0
Aleksiy Sarksiyan - 1938-ci ildə ermənilərin "Hitleryuqend"i kimi tanınan "Tseqakron"a, 1942-ci ildə Daşnaqsutyun partiyasına qatılıb.1941-ci ildə türk və sovet təbliğatxa0 birliklərinə qatılıb.xa0 Şimali Osetyada gedən ağır döyüşlərdə almanların rəğbətini qazanaraq 1943-cü ildə bölük kapitanı rütbəsinə yüksəlir.
Vartan Mixayloviç Sarkisyan - 1918-ci ildə türklərə əsir düşmüş, lakin Türkiyəyə erməni məsələsin incələməyə gələn Amerika generalı Harbordun tapşırığı ilə azadlığa buraxılıb. 1919-cu ildə könüllü olaraq Daşnaq ordusuna qatılır. II Dünya Müharibəsi zamanı isə könüllü olaraq almanlar tərəfində keçir, müharibənin sonunadək general vəzifəsinə kimi yüksəlir.Müharibənin sonunda əsir düşür və Sovetlər tərəfindən güllələnir.xa0
Misak Hakopoviç Torlakyan - General Dronun sahib olduğu neft zavodunda çalışıb. AG-114 "Dromedar"ın rəsmi üzvü olub. 1942-ci ildə Dro ilə birlikdə Krıma gəlib və Krımda Daşnaq bürosunu idarə edib. Alfred Rozenberqə Türkiyəninxa0 Qafqaz strategiyası ilə bağlı gizli dosyeləri çatdırıb. 1944-cü ildə alman ordusu ilə Balkanlara getdi. Müharibə bitdikdən sonra isə Dro ilə birlikdəxa0 Almaniyadakıxa0 Amerika işğal zonasında SSRİ-yə qarşı fəaliyyət göstərib.
ERMƏNİ FAŞİZMİ ARXİV SƏNƏDLƏRİNDƏ
xa0(MƏHKƏMƏ: Erməni millətindən olan şəxslərin ifadələri)
Ardı var...



































































































