Moderator.az şair-yazıçı Zahid Sarıtorpağın şair Etimad Başkeçidə həsr etdiyi “Susar qafil sürüsü...”x9d yazısını təqdim edir.
“Bir ömür yetərmola...”x9d “Yolların yedəyində pələsəng”x9d bir ömür... Bir halda ki, bu “hərif... xam atın quyruğuna bağlanmış tərsa kimidi...”x9d Yetərmola görən?.. Yollar çəkdikcə çəkər... Yolların gücü bizə çatar elə ”“ çəkər, çəkər... tozlu ciyərlərinə çəkər bizi... yolların tozlu udlağında itən itər, yetən yetər...
Bəs bizim gücümüz nəyə çatar? İynənin gözündən keçmək üçün necə incəldiyimizə, incəlib necə heçə döndüyümüzə baxar qafil sürüsü... Belə də gücümüz nəyə çatar bəs?... Can taqətsiz olsa da, ruh yiyəsiz olmaz axı... Bəs kim saxlayar bizi? Hamısı bir ağızdan: “Allah saxlasın...”x9d ”“ deyər. “Ha desinlər...”x9d “Allah saxlamaz olsa...”x9d onda necə bəs? Bir damcı ah düşərmi cadar-cadar olmuş diləklərimizə? Qalxar qafil sürüsü Musadan üzü bəri əsanın sorağında yürüyər səhralara... “Yeddi yolun ayrıcı”x9d da qurtuluş deyil heç ”“ ilan nə, falan nə? Bu yolda ölən kim, dirilən kim... “rəng verib, rəng alan kim...”x9d Bir şüa keçər... ağ əbaya ilişən bir şüa... Amma “baxtına ilişməz”x9d umduğumuzun... Ah, sən ey qəvi yolçu, de, biz eyni yoldayıqmı?.. O nədi əlində bəs? Əlindəki ələmmi? ”“ “yasdan düyünə kimi...”x9d nədi o əlindəki? ”“ dayanıb rəqs edirlər, rəqs eləyirlər indi, bax eləcə gəlirlər “düyündən yasa kimi...”x9d nədi o elə?.. Yox, yaxşısı budu... oxu... oxu:
Etimad Başkeçid
bir ömür yetərmola yahu kim söylər ona
ələyi ələnmişdən bizim ulusa kimi
yolların yedəyində pələsəng olmuş hərif
xam atın quyruğuna bağlanmış tərsa kimi
Allah saxlamaz olsa ha de Allah saxlasın
vecsiz qara gününə bir damcı ah saxlasın
zalım min bir tədbirnən sağ-sol cinah saxlasın
Musa ilan gəzdirir əlində əsa kimi
dedik deməmiş olaq bizləri eşidən kim
yeddi yolun ayrıcı baxtıma ilişən kim
rəng alıb rəng verən kim haldan hala düşən kim
yasdan düyünə kimi düyündən yasa kimi



































































































