Bunu Moderator.az-a açıqlamasında tanınmış yazar Elnur Astanbəyli bildirib.
Elnur Astanbəyli deyib ki, Seymurun heykəl istəyi həyasızlıqdır: "Bəlkə Seymur elə fikirləşir, Anar müəllim Rəsul Rzanı qoyub onun adını əbədiləşdirməlidir? Elçin müəllim İlyas Əfəndiyev dura-dura Seymuru təbliğ etməlidir? Sən evlənmək əvəzinə, götür xanım-xatın Azərbaycan qadınlarına “Tükəzban”x9d de, sonra da gözlə ki, adına küçə olsun, hardasa heykəlini qoysunlar. Seymur inciməsin, amma bu həyasızlıqdır. Niyə Azərbaycanda kimsə min bir əziyyətlə oğul-uşaq böyütməli, ona karyera qurmaq üçün min bir oyundan çıxmalı, həmin oğul-uşaq da öz atası dura-dura gedib Seymur Baycana heykəl qoydurmalı, onun adını hansısa küçəyə verdirməli, gecə-gündüz onu təbliğ etməlidir. Belə müftəxorluq hissi ilə yaşamaq doğru deyil. Zəhmət çək, övlad böyüt, ona karyera qur. O da sənə heykəl də qoydursun, adına park da saldırsın, küçə də verdirsin. Biz dədə-babadan belə görmüşük, belə eşitmişik. Belə də olmalıdır".




































































































