Kiyevdən Bakıya ədəbi hörmətsizlik

Kiyevdən Bakıya ədəbi hörmətsizlik

Hazırda oxunan: Kiyevdən Bakıya ədəbi hörmətsizlik

96315
Ukraynanın məşhur ədəbiyyat jurnalı “Vsesvit”x9d (Kainat ”“ red.) jurnalı Qarabağdan olan erməni yazıçı Aşot Beqlaryanın əsərlərinin yenidən çapına başlayıb. 

  Axar.az xəbər verir ki, jurnalda Beqlaryanın əsasən müharibəyə həsr edilən povestləri yer alıb.   Qeyd edək ki, bundan öncə 2013-cü ildə “Vsesvit”x9d jurnalı Aşot Beqlaryanın əsərlərini “Qarabağ ədəbiyyatı”x9d adı altında çap eləmişdi. Proyekt jurnalın qondarma “Dağlıq Qarabağ Respublikasının Mədəniyyət və Gənclər Nazirliyi”x9d ilə imzaladığı memorandum əsasında baş tutmuşdu.   Aşot Beqlaryan 1968-ci ildə Xankəndində anadan olub. O, I Qarabağ savaşında erməni separatçılarının tərkibində Azərbaycana qarşı döyüşüb. Bu döyüşlərdə Beqlaryan ağır yara alıb. Hazırda Beqlaryan separatçı qurumun rəhbərinin köməkçisi vəzifəsini icra edir.   “Vsesvit”x9d jurnalı ilə Azərbaycanın Yazıçılar Birliyi arasında əlaqə mövcuddur. Tərəflər arasında 2014-cü ildə memorandum imzalanıb. Memoranduma əsasən, Azərbaycan yazarlarının əsərləri bu jurnalda ukrayn dilinə tərcümə edilərək, çap edilməlidir.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO