İŞİD-in təbliğat jurnalı Dabiq 11-ci sayında 2 yaşındakı Aylan Kurdinin cansız bədəninin fotoşəkilini istifadə edib.
Spiegel Online-ın xəbərinə görə, Dabiq, bu sayında Erdoğanın Obama ilə danışdığı bir fotoşəkili qapaq rəsmi olaraq istifadə edərkən, Aylanın fotoşəkilini "Darul-İslama kürəyini dönənləri gözləyən təhlükə" başlığı altında istifadə edib.
Yazıda "Bizdən qaçanlar, bu cür tale ilə qarşı-qarşıya qalırlar" deyilir, qərbə qaçmanın böyük bir günah olduğu vurğulanıb. İŞİD jurnaldakı yazıda qərbin, İŞİD-dən qaçanlar nəfsi ehtiraslar, narkotik və spirt ilə aldatdığı və İslama kürək çevirtdiyini iddia edir. Ayrıca, Avstriyada bir yük maşınında havasızlıqdan ölən 71 Suriyalı də yazıda söz mövzusu edilir.



































































































