Prezidentin bahalı idman geyimi ölkəni qarışdırdı  ”“ Məmurların paylaşdığı fotolar başlarına bəla açır

Prezidentin bahalı idman geyimi ölkəni qarışdırdı ”“ Məmurların paylaşdığı fotolar başlarına bəla açır

Hazırda oxunan: Prezidentin bahalı idman geyimi ölkəni qarışdırdı ”“ Məmurların paylaşdığı fotolar başlarına bəla açır

93862

Rusiya prezidenti Vladimir Putinin bir neçə gün əvvəl baş nazir Dmitri Medvedevlə birgə səhər idmanında çəkdirdiyi şəkillər yeni qalmaqalın əsasını qoyub.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, şəkillər mediada yayılandan sonra müxaliflər araşdırıblar ki, prezidentin idman geyimi məşhur italyan firmasına məxsusdur və qiyməti 3 min dollardan bahadır.

Bundan sonra sosial şəbəkələrdə sürətlə «milyonlarla yoxsulun olduğu ölkədə prezident belə israfçılıq etməz» və bu kimi, tənqidi fikirlər yayılmağa başlayıb.   

Qeyd edək ki, 63 yaşlı Putinin bahalı qol saatları həvəskarı olduğu da bildirilir. Mətbuatın yazdığına görə, prezidentin saat kolleksiyasının dəyəri milyon dollarlarla ölçülür.  

Bir müddət əvvəl Rusiya mətbuatı prezident Putinin mətbuat katibi Dmitri Peskovun 620 min dollarlıq qol saatını da gündəmə gətirmişdi. Mətbuat sual edirdi ki, illik qazancı 150 min dollar olan Peskov bir saata bu qədər pulu necə verib. Media Peskovun saatını onun bir neçə həftə əvvəl Olimpiya çempionu Tatyana Navka ilə toyundan çəkilmiş fotolardan üzə çıxarmışdı.

Peskov isə iddia edirdi ki, saat T.Navkanın ona toy hədiyyəsidir. Məsələnin böyüdüyünü görən Tatyana Navka açıqlama vermişdi ki, dəfələrlə Olimpiya çempionu olub və bir çox layihədən gəlirləri var. Lakin media bu cavabla da qane olmayaraq bəyan etmişdi ki, həmin saatı Peskovun qolunda hələ toydan xeyli əvvəl də görənlər olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO