60 illik hamilə qadın  - FOTO

60 illik hamilə qadın - FOTO

Hazırda oxunan: 60 illik hamilə qadın - FOTO

89623
Çilidə 92 yaşlı qadın 60 il boyu öz körpəsini bətnində daşıyıb. ANS PRESS-in məlumatına görə, Estela Mendelez adlı qadının həyat yoldaşı keçən il yanvar ayında vəfat edib. Onların 74 illik ailə həyatı boyu isə heç vaxt övladları olmayıb. Ən azından onlar elə biliblər.xa0

Estela Mendelez həyat yoldaşı vəfat edəndən sonra qarın ağrısı və qarnında şişlik səbəbindən həkimə müraciət etməli olub. Həkimlər ilkin olaraq qadının mədəsində şiş olmasından şübhələniblər. Lakin rentgen müayinəsindən sonra onlar qadının bətnində döl olduğunu görüblər.xa0

Estela Mendelez


Məlum olub ki, Estela Mendelez 60 il əvvəl hamilə qalıb, amma bunun fərqinə varmayıb. Daha sonra körpə tələf olsa da, qadın bilmədən 60 il boyu həmin dölü bətnində gəzdirib.

Qarnındakı şişliyin nədən olduğunu öyrənəndən sonra Estela Mendelez uşağın oradan götürülməsini istəyib. Amma həkimlər bu yaşda ümumi anesteziyanın tətbiq edilməsini uşağın orada qalmasından daha təhlükəli hesab etdikləri üçün yaşlı qadınla razılaşmayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO