Ərdoğanın məşhur sarayı sökülür - Dövlət orqanı qərar verdi

Ərdoğanın məşhur sarayı sökülür - Dövlət orqanı qərar verdi

Hazırda oxunan: Ərdoğanın məşhur sarayı sökülür - Dövlət orqanı qərar verdi

85303
Türkiyənin Nazirlər Kabineti 2012-ci ildə Atatürk Meşə Qoruğunda saray tikilməsinə icazə verən qərar qəbul etmişdi və qoruğu “İnkişaf edib, şəhərə çevirmə ərazisi”x9d elan etmişdi. 


Moderator.az musavat.com-a istinadən xəbər verir ki,  Memarlar İttifaqının Ankara Şöbəsi qərardan şikayət etmişdi. Türkiyənin araşdırma, məsləhət və qərar orqanı olan Daniştay Memarlar İttifaqını haqlı hesab edib və sarayın qanunsuz tikili olduğu haqqında qərar çıxarıb. 

Qərarla bağlı Memarlar İttifaqı Ankara şöbəsinin sədri Tezcan Karakuş Candan yazılı açıqlama verərək, bildirib:

“Saray təcili boşaldılmalı, Çankayaya köçürülməlidir. Bu ölkədə hüquq yenidən inşa ediləcəksə, əvvəl Atatürk Meşə Qoruğunda, hamının gözü qarşısında edilən bu qanunsuzluğa son verilməlidir. Qanunsuz tikilən saray dərhal sökülməli, qanunsuzluq sona çatmalıdır. Qaçaq sarayın qaçacaq yeri qalmadı, əmr böyük yerdən gəlib. Hər kəs qanunlara uyğun davranmalıdır. Əksi olarsa, ölkəmizə demokratiya gəlməz”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO