Gürcüstanın Baş naziri xeyirxah taksi sürücüsünü işə düzəltməyi tapşırdı

Gürcüstanın Baş naziri xeyirxah taksi sürücüsünü işə düzəltməyi tapşırdı

Hazırda oxunan: Gürcüstanın Baş naziri xeyirxah taksi sürücüsünü işə düzəltməyi tapşırdı

82209
“Belə insanlara layiqincə qiymət vermək lazımdır”x9d.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi meri David Narmaniyaya gürcü paytaxtında baş vermiş dağıdıcı daşqının nəticələrinin aradan qaldırılması işində iştirak edən könüllüləri pulsuz daşıyan 24 yaşlı taksi sürücüsü Georgi Lomidzeni işə düzəltməyi tapşırıb, Moderator.az Sputnik-ə istinadən xəbər verir.

“Georgi Lomidze adlı 24 yaşlı gənc insan sərnişinləri tamamilə pulsuz daşıyır. Bu gənc insan artıq iki ildir ki, taki sürüücüsü işləyir... Belə insanları layiqincə qiymətləndirmək lazımdır.

Bu adam xüsusidir... düşünürəm ki, siz, cənab David (Narmaniya) təbii fəlakətin nəticələrinin aradan qaldırılmasından sonra onun üçün yaxşı iş tapmalısınız”x9d, - deyə, Qaribaşvili iyunun 18-də Fövqəladə qərargahın iclasında bildirib.

Xatırladaq ki, iyunun 14-nə keçən gecə Tbilisidə baş verən dəhşətli daşqın zamanı Vere çayının dərəsində yerləşən obyektlər ”“ zoopark, Mziuri parkı, Tamaza Elizbaraşvilinin itlər üçün özəl sığınacağı, yaşayış evləri, şəhərin mərkəzi küçələri su altında qalıb, həmçinin infrastruktura zərər dəyib.

İlk gündən axtarış və təmizləmə işlərinə qoşulan könüllülər birinci gündən rəsmi qurumların nümayəndələri ilə birgə səhərdən axşamadək çalışırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO