İlon Maskın oğlu cinsini dəyişir və atasının soyadından imtina edir

İlon Maskın oğlu cinsini dəyişir və atasının soyadından imtina edir

Hazırda oxunan: İlon Maskın oğlu cinsini dəyişir və atasının soyadından imtina edir

80231

“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın oğlu Ksavye atasının soyadından imtina etməklə yanaşı, cinsini dəyişmək qərarına gəlib.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı Ksavye Aleksandr Mask rəsmi məlumatların - adı və cinsini dəyişdirmək üçün hələ bu ilin aprelində müraciət edib.  

“Mən artıq bioloji atamla yaşamıram və onunla heç bir şəkildə, heç bir formada münasibət qurmaq istəmirəm” - deyə, milyarderin oğlu bildirib.  

Ksavye bundan sonra Vivyen Cenna Uilson adını alacaq. O, 2008-ci ildə boşandığı keçmiş həyat yoldaşı Castin Uilsonla İlon Maskın oğludur. Ümumilikdə keçmiş cütlüyün beş övladı var.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO