Şvartsenegger Trampı yıxıb sürüdü: “Onun “mübarizəsi axmaqlıqdır”

Hazırda oxunan: Şvartsenegger Trampı yıxıb sürüdü: “Onun “mübarizəsi axmaqlıqdır”

7533

Hollivud aktyoru və amerikalı siyasətçi Arnold Şvarzenegger ABŞ-ın hazırkı prezidenti Donald Trampı hakimiyyəti ələ keçirmək cəhdinə görə tənqid edib. Onun fikrincə, Ağ Evin sahibi prezident seçkilərində nəyin bahasına olursa-olsun zəfərini sübut etmək istəyir.

Bizim.Media xəbər verir ki, Şvarzenegger bu haqda “The Economist” jurnalının yayımladığı bir məqalədə yazıb.

“Partiyasından asılı olmayaraq ABŞ-dakı bütün siyasi liderlər seçkilərə inamımızı sarsıdan və Amerika prinsiplərini pəncərədən atan Prezident Donald Trampın hərəkətlərini qınamalıdırlar”.

Kaliforniyanın keçmiş qubernatoru ölkəsinin gələcəyindən narahat olduğunu və bu səbəbdən də səssiz qalmayacağını deyib.

Şvarzenegger Respublikaçılar Partiyasının üzvü kimi ABŞ-dakı seçkilərin nəticələrinin çoxdan məlum və hər kəs üçün açıq olduğunu əlavə edib:

“Tramp qərargahının iddiaları müxtəlif orqanlar tərəfindən dəfələrlə rədd edilib”.

Şvarzenegger qeyd edib ki, Trampın seçkilərlə bağlı apardığı “mübarizə” axmaqlıqdır.

Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti dəfələrlə seçkilərdəki məğlubiyyətini qəbul etmədiyini bildirib.

Təsdiqlənən son məlumatlara görə, Bayden 306, Tramp 232 seçici səsi alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO