"Polad Alemdar" ələ keçdi- FOTO

Hazırda oxunan: "Polad Alemdar" ələ keçdi- FOTO

74849
Türkiyədə jandarma üzərində tanınmış aktyor Necati Şaşmazın (Polad Alemdar) fotoları olan 19 min 500 ədəd qaçaqmal siqaret ələ keçirib.

ANS PRESS-in məlumatına görə, polis Diyarbəkirda bir nəqliyyat vasitəsinə baxış keçirərkən üzərində "Kurtlar Vadisi Pusu"nun qəhrəmanının şəkilləri olan siqaretlər aşkarlanıb. 

Necati Şaşmazın şəkilləri olan siqaretlərin adı da diqqət çəkib. Qaçaqmal siqaretlərin üzərinə Murad Alemdar adı həkk olunub. Aşkarlanan siqaretin ümumi bazar dəyəri 80 min lirədir. İraqda istehsal olunduğu məlum olan siqaretlərə polis tərəfindən müsadirə edilib. 

Qeyd edək ki, İraqda Murad Alemdar olaraq tanınan Polad Alemdar obrazı bu regionda böyük rəğbət qazanıb. Məhz bu səbəbdən siqaretlərin üzərinə onun şəkilləri vurulur və bununla insanlar arasında tütün məmulatlarına təşviq edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO