Fransanın cənubunda "Airbus A320" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu”x9d tapılıb.
Moderator.az -ın məlumatına görə, bu barədə Fransa parlamentinin üzvü Kristof Kastane açıqlama verib.
Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi martın 24-də Alp dağlarında qəzaya uğrayıb.
Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub. Həlak olanlar arasında 39 türkün da olduğu iddia olunur.
































































































