Rusiyanın Azərbaycana silah-sursat satması erməni tərəfini narahat edir. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə işğalçı ölkənin müdafiə nazirinin müavini Ara Nazaryan parlamentdə cəbhə xəttindəki son durumu jurnalistlərə şərh edərkən bildirib.
Erməni jurnalistlərin “erməni tərəfi müttəfiq ölkə kimi Rusiyanın bu davranışını ittiham edirmi”x9d sualını nazir müavini belə cavablandırıb: “Bu, bizi narahat edir. Görünür, Ermənistan belə məsələlərdə və dinc nizamlamaya səylər göstərməkdə həddən-ziyadə şəffafdır, nəinki Azərbaycan. Bunun bir sübutu da hər halda, mənim sizinlə söhbətimdir”x9d.
Xatırladaq ki, ötən həftə Ermənistan prezidenti Serj Sarkisyan da bənzər açıqlama vermişdi. Lakin az sonra Ermənistan parlamentinin spikeri Qalust Saakyan Moskvanın qəzəbindən ehtiyat edərək onun “yanlışını”x9d düzəltmiş, “Rusiyanın üçüncü ölkəyə silah satmasının heç kimə dəxli ola bilməz”x9d söyləmişdi.
































































































