400 İŞİD-çi öldürüldü

400 İŞİD-çi öldürüldü

Hazırda oxunan: 400 İŞİD-çi öldürüldü

71731
İŞİD terror təşkilatına ağır zərbə vurulub.

ANS PRESS-in məlumatına görə, koalisiya qüvvələrinin havadan hücumları nəticəsində Səlahəddin və Anbar şəhərlərində 386 İŞİD-çi öldürülüb.

İraq müdafiə naziri Xalid Əl Ubeydi bölgəyə səfər edib və həyata keçirilən əməliyyatlara bağlı əhalini məlumatlandırıb. Nazirin sözlərinə görə, bir çox bölgə İŞİD-in əlindən geri alınıb:

"Əməliyyatlar zamanı 193 İŞİD-çi öldürülüb. Tikritdə isə təxminən əməliyyatlar zamanı 150 terrorçu öldürülüb. Əsgərlərin ələ keçirdikləri bölgələrdə İŞİD-ə aid çox sayda silah anbarları məhv edilib. Quru əməliyyatlarına havadan da təyyarələrlə dəstək verilib". 

İraq müdafiə naziri qeyd edib ki, Əl Gürman bölgəsində isə 13 kənd İŞİD-dən təmizlənib. Nazir qeyd edib ki, həmin bölgədə 43 İŞİD-çi öldürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO