ABŞ-ın Ermənistandakı səfiri Bakıya səfərə gələcək

ABŞ-ın Ermənistandakı səfiri Bakıya səfərə gələcək

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı səfiri Bakıya səfərə gələcək
71345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Bakıya səfərə gələcək.

Bizim.Media xəbər verir ki, Treysi aprelin 27-28-də Bakıda keçiriləcək missiya rəhbərlərinin konfransında iştirak edəcək.

Konfransda onunla yanaşı ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Erika Olson, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO