
- A-
- A
- A+
521 gün girov saxlanılan məktəbli onlayn oyun sayəsində xilas edildi - Foto
ABŞ-də 521 gün girov saxlanılan yeniyetmə qız onlayn videooyun vasitəsilə başına gələnləri başqa bir oyunçuya çatdıraraq azadlığa çıxmağa nail olub.
Bizim.Media xəbər verir ki, 15 yaşlı Kayli Arelyano 2025-ci ilin mayında Yuta ştatında itkin düşüb.
Məlumata görə, 39 yaşlı Adam Harmel sosial şəbəkələr vasitəsilə onu aldadaraq qaçırıb, telefonunu əlindən alıb və Oreqon ştatındakı evinin zirzəmisində saxlayıb. Bir müddət sonra qız onu girov saxlayan şəxs tərəfindən SİM-kartı olmayan, lakin Wi-Fi şəbəkəsinə qoşula bilən köhnə smartfonla təmin edilib.
Yeniyetmə “Among Us” onlayn oyununa daxil olaraq burada tanış olduğu başqa bir oyunçuya girov saxlanıldığını danışıb. Həmin şəxs isə məlumatı anasına çatdırıb. Qızın anası bu barədə Federal Təhqiqatlar Bürosuna (FTB) məlumat verib.
Nəticədə polis yeniyetməni azad edib, şübhəlini isə saxlayıb. Adam Harmeli ciddi federal ittihamlar gözləyir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































