
- A-
- A
- A+
Toyuna bir neçə gün qalmışdı... – Nişanlısının gözü önündə timsahın qurbanı oldu – Foto/VİDEO
İndoneziyanın Sumba bölgəsində toyuna bir neçə gün qalan 24 yaşlı Selviana Ambu Kaka nişanlısının gözləri önündə timsahın hücumuna məruz qalaraq faciəli şəkildə həlak olub.
Bizim.Media "The Sun" nəşrinə istinadən xəbər verir ki, dəhşətli hadisə oktyabrın 23-də Bondo Kodi çayında baş verib.
Məlumata görə, Cakarta şəhərində işləyən və ənənəvi toy hazırlıqları üçün doğma kəndinə qayıdan Selviana nişanlısı Fabianus Dova və onun bacısı ilə birlikdə çay kənarına gedib.
Çayda paltar yuyub yuyunan zaman kürəyi suya tərəf olan gənc qadına təxminən 5 metr uzunluğunda olan nəhəng timsah qəfil hücum edib və suya çəkib.
Nişanlısı Fabianus dərhal kənd sakinlərinə və təhlükəsizlik qüvvələrinə xəbər verib. Axtarış-xilasetmə tədbirləri nəticəsində qızı öldürən timsah kənd sakinlərinin qurduğu torla tutularaq zərərsizləşdirilib.
Hadisə yerindən təxminən 30 metr aralıda Selviana Ambu Kakanın cansız bədəni tapılıb.
Bədənində çoxsaylı dişləmə izləri olan qadının dərhal hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































