Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

Hazırda oxunan: Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

641356

Rusiyanın Moskva şəhərində dron təhlükəsi səbəbindən hava limanlarında 370-dən çox reys gecikdirilib və ya ləğv olunub.

Bizim.Media xəbər verir ki, “Vnukovo” hava limanında sutka ərzində 100-dən çox reys gecikib, təxminən 73 reys isə ləğv edilib. 

“Domodedovo” hava limanında gecə saatlarından etibarən 30-a yaxın reys gecikib, 6 reys ləğv olunub.

“Şeremetyevo” hava limanında isə 26 uçuş və 43 eniş gecikdirilib. Ümumilikdə, 207 reysin vaxtı dəyişdirilib, 85-dən çox reys ləğv olunub.

“ Aeroflot” aviaşirkəti oktyabrın 9-da uçuş cədvəlinə məcburi dəyişikliklər edildiyini təsdiqləyib. Bildirilib ki, bəzi reyslərin uçuş vaxtı dəyişdirilib, digərləri isə ləğv olunub.

Şirkətdən verilən məlumata görə, bəzi təyyarələr ehtiyat aerodromlara yönləndirilib. Ekipaj üzvlərinin istirahətinin təmin edilməsi və uçuş təhlükəsizliyi qaydalarına əməl olunması zərurəti yaranarsa, həmin aerodromlardan uçuş vaxtları da dəyişdirilə bilər.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO