ABŞ prezidentinin keçmiş xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna hökumətinə qadınların orduya səfərbər edilməsi ilə bağlı çağırış edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Ukraynanın "Na samom dele" "YouTube" kanalına müsahibəsində bildirib.
Kelloq öz qızının hərbçi olduğunu, ABŞ-də hərbi akademiyanı bitirərək Əfqanıstanda döyüşdüyünü, həyat yoldaşının isə desant olduğunu və Qrenadada hərbi əməliyyatlarda iştirak etdiyini qeyd edib. Bu səbəbdən o, Ukraynanın da qadınları səfərbər etməli olduğunu vurğulayıb.
"Qadınların orduya səfərbər edilməli olduğunu düşünürəm. Çünki onlar kişilərdən heç də pis döyüşmürlər. Cəmiyyətin bir hissəsi kimi qadınların xidmətə getməsi çox vacibdir. Ona görə də həm şəxsi, həm də peşəkar səviyyədə bunda heç bir problem görmürəm", – deyə o bildirib.
Qeyd edək ki, Ukraynanın Kelloqun bu təklifinə cavabı gecikməyib. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi qadınların məcburi səfərbərliyi ilə bağlı şayiələri təkzib edib .
Mərkəzin rəhbəri vətəndaşları panikaya düşməməyə çağırıb və qadınların səfərbərliyinin planlaşdırılmadığını vurğulayıb.
Xatırladaq ki, avqust 10-da Ukrayna Nazirlər Kabinetinin saytında övladı olmayan qadınların səfərbər edilməsi ilə bağlı petisiya yerləşdirilib. Lakin kampaniyada yetərli səs toplanmayıb.



Bizim.Media

- A-
- A
- A+
Dünya
10:55 / 25.08.2026
Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO
Hazırda oxunan: Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO
Hazırda oxunan: Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO
632919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































