Ebolaya qalib gəldik

Ebolaya qalib gəldik

Hazırda oxunan: Ebolaya qalib gəldik

63081
Pasientlər üzərində Ebola virusu əleyhinə peyvəndin təcrübə xarakterli sınaqlarının ilkin nəticələri ürəkaçandır. Nəticələr göstərib ki, həmin peyvənd təhlükəsizdir və insanın immun sisteminə virusla mübarizədə yardımçı ola bilər. 

Məlumata görə, Böyük Britaniyanın iri əczaçılıq şirkəti «GlaxoSmithKline» tərəfindən hazırlanan peyvənd Amerika Birləşmiş Ştatlarında 20 könüllünün qanına yeridilib. Peyvəndin tədqiqinə görə məsul olan ABŞ Milli səhiyyə institutlarının alimləri əldə edilən nəticələri ürəkaçan adlandırıblar. 

Peyvənd vurmanın iştirakçılarından heç biri sonradan əks təsir hiss etməyib. Könüllülər 2 qrupa ayrılıb - birinci qrupa yüksək dozada, ikinci qrupa isə aşağı dozada peyvənd vurulub. Yüksək dozada peyvənd vurulanlarda Ebola virusuna qarşı müdafiə sistemi daha fəal olub. 

Bu peyvəndin tərkibinə gəldikdə isə, buraya bədən səthində Ebola virusunun infeksiyalaşmaış proteini daşımaq qabiliyyətinə malik olan şimpanzedən alınmış və genetik modifikasiya edilmiş virus daxildir. 

Təcrübi peyvəndin sınaqları 4 mərhələdə aparılacaq.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO