İşğal altındakı Krımda strateji obyektlər VURULDU - SİYAHI

İşğal altındakı Krımda strateji obyektlər VURULDU - SİYAHI

Hazırda oxunan: İşğal altındakı Krımda strateji obyektlər VURULDU - SİYAHI
624988
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Silahlı Qüvvələrinin 13 iyul gecəsi həyata keçirdiyi genişmiqyaslı xüsusi əməliyyatı nəticəsində Rusiyanın və işğal altındakı Krımın 10-dan çox hərbi, logistika və yanacaq obyekti vurulub.

Bizim.Media xəbər verir ki, Qara dəniz akvatoriyasında iki patrul katerinə zərbə endirilib.

Krımdakı Baqerovo aviabazasında hərbi texnika və xüsusi avadanlıqlar olan anqarlar vurulub.

Düşmənin pilotsuz qayıqları və zərbə PUA-larını aşkar etmək üçün istifadə etdiyi üç stasionar radiolokasiya stansiyası sıradan çıxarılıb.

Kerçdəki "Krım" bərə terminalında "Yeysk" və "Mariya" avtomobil bərələri vurulub.
 

"Qafqaz" limanında "Lavrenti" və "Panagiya" avtomobil bərələrinə zərbələr endirilib. "Qafqaz" limanında neft məhsullarının aşırılması kompleksinin üç rezervuarı vurulub.


"Qafqaz" yük stansiyasında sisternlərdən ibarət dəmir yolu qatarı hədəf alınıb.

Stavropoldakı neft bazasının rezervuar parkı zərbələrə məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO