Şahzadə Endrunun keçmiş həyat yoldaşı Kral III Çarlzı şantaj etdi

Şahzadə Endrunun keçmiş həyat yoldaşı Kral III Çarlzı şantaj etdi

Hazırda oxunan: Şahzadə Endrunun keçmiş həyat yoldaşı Kral III Çarlzı şantaj etdi

618205

Böyük Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Endrunun (Endru Mauntbetten-Vindzor) keçmiş həyat yoldaşı Sara Ferqyuson sükut müqabilində ömürlük maddi təminat almaq ümidi ilə kral ailəsini gizli şəkildə şantaj etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Closer Magazine" jurnalı məlumat yayıb.

Jurnalın yazdığına görə, Ferqyuson mütəmadi pul ödənişləri və ya irihəcmli qonorarı olan media layihələrində iştirak müqabilində öz xatirələrini (memuarlarını) dərc etməkdən və səmimi müsahibələr verməkdən imtina edə bilər. Son günlər onun 1,75 milyon dollar dəyərində sənədli filmə çəkilmək və Opra Uinfriyə müsahibə vermək təkliflərini nəzərdən keçirdiyi məlum olub.
 

Bildirilir ki, Şahzadə Uilyam və Keyt Middlton bu cür sövdələşmələri təhlükəli presedent hesab edərək onlara qətiyyətlə qarşı çıxırlar. Lakin Kralın özü yeni qalmaqallardan və ailə sirlərinin ifşa olunmasından qorxduğu üçün bu sövdələşməyə getməyə hazırdır.


Kral ailəsi ətrafındakı vəziyyət şahzadə Endrunun adı ilə bağlı olan əvvəlki qalmaqallar və Ceffri Epşteynin işi səbəbindən daha da mürəkkəbləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO