Tramp Müctəba Xamenei barədə: "O, kifayət qədər ağır yaralanıb"

Tramp Müctəba Xamenei barədə: "O, kifayət qədər ağır yaralanıb"

Hazırda oxunan: Tramp Müctəba Xamenei barədə: "O, kifayət qədər ağır yaralanıb"
617808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp İsrail və ABŞ ilə yaşanan son münaqişə fonunda İranın yeni rəhbərliyini "daha rasional" və "çox ağıllı" hesab etdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Donald Tramp "NBC News" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, keçmiş Ali lider Əli Xameneinin və onun bir sıra tərəfdaşlarının zərbələr nəticəsində həlak olmasından sonra İranın siyasi rəhbərliyində dəyişikliklər baş verib.
 

Tramp həmçinin qeyd edib ki, Xameneinin oğlu Müctəba Xameneinin ehtimal olunan sazişin razılaşdırılması prosesində iştirak etdiyi iddia olunur və o, yeni qərar qəbul etmə sistemində rol oynaya bilər.


ABŞ Prezidenti əgər İran tərəfi buna hazır olarsa, yeni İran rəhbərliyi ilə birbaşa danışıqlara açıq olduğunu əlavə edib, lakin onunla şəxsən hələ əlaqə saxlamadığını bildirib.

Müctəba Xameneinin şəxsiyyətini qiymətləndirən Tramp belə deyib:

"Daha gəncdir. Zənnimcə, daha rasionaldır. Yaralıdır. O, kifayət qədər ağır yaralanıb. Bunda müəyyən bir cəsarət var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO