Böyük Britaniya kralının bacısı oğlu tibb bacısı ilə evləndi

Böyük Britaniya kralının bacısı oğlu tibb bacısı ilə evləndi

Hazırda oxunan: Böyük Britaniya kralının bacısı oğlu tibb bacısı ilə evləndi

617652

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla kralın böyük bacısı, şahzadə Annanın oğlu Piter Fillipsin toy mərasiminə qatılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Məlumata görə, 48 yaşlı Piter Fillips Qlosterşir qraflığının Kembl kəndində yerləşən Müqəddəs Müttəfiqlər (All Saints) kilsəsində baş tutan qapalı mərasimdə tibb bacısı Harriet Sperlinqlə ailə həyatı qurub. Cütlüyün məhz bu kilsəni seçməsinə səbəb Harrietin tanış olduqları dövrdə buralarda yaşaması olub.
 

Mərasimdə Britaniya kral ailəsinin əsas simaları, o cümlədən Uels şahzadəsi Uilyam və xanımı Keyt Middlton, Zara və Mayk Tindall, Edinburq hersoqu və hersoginyası, şahzadə Yevgeniya və Beatris həyat yoldaşları ilə birlikdə iştirak ediblər.


"Reuters" agentliyinin verdiyi məlumata görə, kral ailəsi üzvlərini görmək üçün kilsənin ətrafına çox sayda yerli sakin toplaşıb. İzdiham və media nümayəndələrinin sıxlığı səbəbindən ərazidə xüsusi çəpərlər quraşdırılıb və yollarda hərəkət məhdudlaşdırılıb.

Gəlin kilsəyə üç rəfiqəsinin, o cümlədən Piter Fillipsin qızları Savanna və Ayla, eləcə də öz qızının müşayiəti ilə daxil olub.

Qeyd edək ki, Piter Fillips şahzadə Anna və kapitan Mark Fillipsin oğludur. O, Britaniya taxt-tacına varislik siyahısında 19-cu yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO