Antarktidada "qiyamət" həyəcanı: 6 ölkə su altında qala bilər

Antarktidada "qiyamət" həyəcanı: 6 ölkə su altında qala bilər

Hazırda oxunan: Antarktidada "qiyamət" həyəcanı: 6 ölkə su altında qala bilər
616697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın ən böyük qütb kütləsi olan və elmi dairələrdə "Qiyamət buzlağı" kimi tanınan Tveys buzlağının (Thwaites Glacier) Antarktidadan ayrılma təhlükəsi qlobal miqyasda ciddi fəsadlara yol aça bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın məşhur "Daily Express" nəşri məlumat yayıb.

Mütəxəssislərin rəyinə istinadən yayılan xəbərdə bildirilir ki, nəhəng buzlaq kütləsinin qopması və ardınca baş verəcək sürətli ərimə prosesi qlobal dəniz səviyyəsinin kəskin yüksəlməsinə səbəb olacaq. Bu fəlakətdən isə ən çox mənfi təsir görəcək və ciddi regional böhranla üzləşəcək 6 dövlətin adı açıqlanıb:

Böyük Britaniya (Xüsusilə London və şərq sahillərində irimiqyaslı daşqınlar və infrastruktur böhranı)

Niderland (Ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda olduğu üçün damba sistemlərinin sıradan çıxma riski)

ABŞ (Nyu-York, Mayami və Nyu-Orlean kimi sahilyanı meqapolislərin su altında qalma təhlükəsi)

Banqladeş (Milyonlarla insanın iqlim qaçqınına çevrilməsi və kənd təsərrüfatı torpaqlarının duzlaşması)

Tuvalu və Maldiv adaları (Okean səviyyəsinin qalxması ilə tamamilə xəritədən silinmə və batma təhlükəsi)

Alimlərin fikrincə, Böyük Britaniya boyda ərazini əhatə edən Tveys buzlağının əriməsi zəncirvari reaksiya yaradaraq ətrafdakı digər buz qatlarını da hərəkətə gətirə və dünya okeanlarında suyun səviyyəsini bir neçə metrə qədər qaldıra bilər. Hazırda isti okean axınlarının buzlağın altına sızması prosesi sürətləndirdiyi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO