Rusiyalı alimdən şok proqnoz:  “Qafqaz qan çanağına dönəcək”

Rusiyalı alimdən şok proqnoz: “Qafqaz qan çanağına dönəcək”

Hazırda oxunan: Rusiyalı alimdən şok proqnoz: “Qafqaz qan çanağına dönəcək”

60417
Rusiya Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski İŞİD-ə qoşulan qafqazlı terrorçuların bölgə üçün ciddi təhlükə olduğunu açıqlayıb. 

Axar.az xəbər verir ki, koalisiya qüvvələrinin İŞİD-ə qalib gəldikdən sonra terrorçuların vətənlərinə dönəcəyini deyən politoloq əsas prosesin bundan sonra başlayacağını bildirib: “Geri dönən terrorçular Qafqazı qan çanağına döndərəcək. Mən buna əminəm”.

Türkiyənin İŞİD-ə qarşı mübarizədə ikili standartlar tətbiq etdiyini deyən rus mütəxəssis bölgə ölkələrinin vahid mövqe nümayiş etdirmədiyini vurğulayıb: “İran şiə məzhəbi fonunda mübarizəyə qoşulub. Türkiyə PKK-nı zəiflətmək üçün İŞİD və Suriya kürdləri arasında nifaq salır. Türkiyə xüsusi xidmət orqanlarının İŞİD ilə əlaqəsi var”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan üçün Suriya lideri Bəşər Əsədin başlıca düşmən olduğunu deyən rus mütəxəssis Türkiyənin müxalif qüvvələrə aktiv yardım etdiyini iddia edib: “Ərdoğan keçmişdə olduğu kimi, indi də Suriya müxalifətinə dəstək verir, digər tərəfdən isə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrini dəstəklədiyini deyir. Beləliklə, Ankara İŞİD ilə mübarizədə ikili yanaşma sərgiləyir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO