Hindistanda qəzəbli ata qızına təcavüz edən şəxsi amansızlıqla öldürüb.
Türkiyə mətbuatı xəbər verir ki, ata 14 yaşlı qızına təcavüz edəni evinə yeməyinə çağıraraq tələyə salıb. Daha sonar isə işgəncə verərək qətlə yetirib.
Təcavüzkarı boğaraq öldürən 36 yaşlı ata qabaqcadan plan quraraq cinayət törətməkdə günahlandırılıb.
Polisin məlumatına görə, ata yeməyə çağırdığı oğlanı zərarəsizləşdirərək stola bağlayıb. Təcavüzkarın cinsi orqanını isti maşa ilə yandırdıqdan sonra oğlanı boğaraq öldürüb.
Cinayəti işlədikdən sonra polis bölməsinə gedib təslim olan ata hər şeyi etiraf edib.


































































































