İranın yeni ali liderinin soyadı Xamenei olacaq

İranın yeni ali liderinin soyadı Xamenei olacaq

Hazırda oxunan: İranın yeni ali liderinin soyadı Xamenei olacaq
600429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın yeni ali liderinin soyadının Xamenei olaraq qalacağı bildirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ekspertlər Şurasının üzvlərindən biri yayıb.

Məlumata görə, Tehranda bu gün keçirilən toplantıda ölkənin yeni ali lideri seçilib. İran mediasının yazdığına görə, yaxın saatlarda Ekspertlər Şurasının katibi qəbul edilən qərarı rəsmi şəkildə açıqlamalıdır.

Bildirilir ki, İranın ali dini və siyasi rəhbəri 88 nəfərdən ibarət Ekspertlər Şurası tərəfindən seçilir.

Şura üzvləri isə birbaşa xalq tərəfindən keçirilən seçkilərlə müəyyən olunur.

İranın əvvəlki ali lideri Ayətullah Əli Xameneinin ölümündən sonra ölkədə yeni rəhbərin seçilməsi prosesi sürətləndirilib. Hazırda Tehranda keçirilən iclasın nəticələri və yeni liderin kimliyi ilə bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda verilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO