Yunanıstan 25 ölkədəki səfirini dəyişmək niyyətindədir

Yunanıstan 25 ölkədəki səfirini dəyişmək niyyətindədir

Hazırda oxunan: Yunanıstan 25 ölkədəki səfirini dəyişmək niyyətindədir

593246

Yunanıstan Rusiya və Ermənistan daxil olmaqla 25 ölkədəki səfirini dəyişmək niyyətindədir.

Bu barədə Yunanıstanın “antinews.gr” xəbər portalı məlumat yayıb.

Portal Yunanıstan Xarici İşlər Nazirliyinin 31 yanvar 2023-cü il tarixli daxili sənədinin fotosunu dərc edib.

2023-cü ildə başqa vəzifələrə köçürülməsi nəzərdə tutulan diplomatik korpusun rəhbərləri arasında Yunanıstanın Moskva, Ankara, Brüssel, Vyana, İrəvan, Doha, Yeni Dehli, Tel-Əviv, Tokio və digər şəhərlərdəki səfirləri var.

Yunanıstan həmçinin, UNESCO yanında daimi nümayəndəsini də dəyişməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO