Stiven Spilberq ən yaxşı rejissor nominasiyasında

Stiven Spilberq ən yaxşı rejissor nominasiyasında "Qızıl Qlobus"a layiq görülüb

Hazırda oxunan: Stiven Spilberq ən yaxşı rejissor nominasiyasında "Qızıl Qlobus"a layiq görülüb

585070
Stiven Spilberq “Fabelmanlar” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.
 
“Report” xəbər verir ki, NBC telekanalında yayımlanan mərasim Los-Anceles şəhərində baş tutub.
 
Mükafat uğrunda Ceyms Kemeron (“Avatar 2”), Baz Lurman (“Elvis”), Daniel Şaynert və Den Kvanın yaradıcı tandemi (“Hər şey hər yerdə və birdən”), eləcə də Martin Makdonax (“İnişerinin Banşisi”) yarışıblar.
 
Hollivud Xarici Mətbuat Assosiasiyasının (HFPA) “Qızıl Qlobus” mükafatı hər il kino və televiziya sahəsində nailiyyətlərə görə verilir. Mükafat 55 ölkədən təşkilata bağlı jurnalistlər tərəfindən təqdim olunur.
 
Spilberqin rejissorluq üzrə rekord 13 “Qızıl Qlobus” nominasiyası var və indiyədək yalnız ikisini qazanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO