Bağdadda silsilə partlayışlar:  36 ölü, 100  yaralı

Bağdadda silsilə partlayışlar: 36 ölü, 100 yaralı

Hazırda oxunan: Bağdadda silsilə partlayışlar: 36 ölü, 100 yaralı

58327
Ötən gün Bağdadın bir neçə rayonunda iki saat ərzində törədilmiş silsilə partlayışlar nəticəsində azı 36 nəfər ölüb, 100 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, ən güclü partlayış Bağdadın şimalındakı Talibiyyə rayonunda törədilib. Terrorçu-kamikadze tərəfindən idarə olunan avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb. Baş vermiş güclü partlayış nəticəsində 12 nəfər ölüb, 28 nəfər yaralanıb.  
 
Bundan başqa, paytaxtın qərbindəki Ad-Dəuləyi rayonunda iki avtomobilin partladılması nəticəsində 16 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Partlayışlar həmçinin Aş-Şəulə və Hürriyə rayonlarında da törədilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO