Monteneqroda Azərbaycan vətəndaşı saxlanıldı – Yerli sakini bıçaqlayıb? - VİDEO

Monteneqroda Azərbaycan vətəndaşı saxlanıldı – Yerli sakini bıçaqlayıb? - VİDEO

Hazırda oxunan: Monteneqroda Azərbaycan vətəndaşı saxlanıldı – Yerli sakini bıçaqlayıb? - VİDEO
577565
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monteneqroda oktyabrın 25-də Podqoritsanın Zabjelo məhəlləsində “MJ” adlı yerli sakinin bıçaqlanmasında Azərbaycan vətəndaşının da adı hallanır. 

Bizim.Media xəbər verir ki, yayılan məlumatlarda sözügedən şəxsin Azərbaycan və Türkiyə vətəndaşları tərəfindən bıçaqlandığı bildirilir.

Polis açıqlayıb ki, bıçaqlanmadan sonra kazinoya sığınan şübhəlilərdən Azərbaycan vətəndaşı Y.G. (31) və Türkiyə vətəndaşı N.D. (54) saxlanılıb. Hadisə ilə bağlı 45 nəfər keçici olaraq polis nəzarətinə alınıb, 8 nəfər deportasiya olunub, 2 nəfərə isə məhkəmə nəzarəti tətbiq edilib.

Hadisədən sonra Azərbaycan və Türkiyə icmalarına qarşı etirazlar və hücum cəhdləri baş verib.

Oktyabrın 27-də polis türkiyəli vətəndaşlara hücum hazırlığında olduğu iddia edilən bir neçə Monteneqro vətəndaşını da saxlayıb. Əməliyyat zamanı beysbol dəyənəkləri və digər hücum alətləri ələ keçirilib.

Monteneqro Prezidenti Yakov Milatoviç hadisəni pisləyərək ictimaiyyəti sakit və soyuqqanlı olmağa çağırıb, Baş nazir Miloyko Spayiç isə artan gərginlik səbəbilə Türkiyə vətəndaşlarına vizasız girişin müvəqqəti dayandırıldığını açıqlayıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO