Rusiya mediası rəsmi Tehranın sirrini açdı: “Silah almağa pulları yoxdur”

Hazırda oxunan: Rusiya mediası rəsmi Tehranın sirrini açdı: “Silah almağa pulları yoxdur”

43184

Rusiyanın "İzvestiya" qəzetinin yazdığına görə, İran son illərdə Rusiyadan bir sıra hərbi silahlar, o cümlədən hərbi təyyarə, helikopter və hava hücumundan müdafiə sistemləri almaq istəyib, ancaq bunun üçün kifayət qədər pulu olmayıb.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, qəzet İran Silahlı Qüvvələrinin Qərargah rəisi Məhəmməd Baqerinin Moskvaya son səfəri ilə bağlı material hazırlayıb.

Qeyd edilib ki, Baqeri Rusiya rəsmiləri ilə özəliklə, İranın köhnəlmiş hava hücumu sistemlərinin yenilənməsi və qabaqcıl silahların alınması üçün çoxlu müzakirələr aparıb. 

Qəzet habelə, İranın bu silahları əldə edə bilməsi üçün kifayət qədər pulunun olmaması səbəbi ilə onların təklifinin Rusiya tərəfindən rədd edildiyini vurğulayır. 

Amerikanın "National İnterest" jurnalının 2019-cu ilin dekabrında verdiyi məlumatda, İranın döyüş təyyarələrinin sayının Britaniya qırıcılarının sayından iki dəfə çox olduğunu (350 ədəd) yazmışdı. Belə ki, bu rəqəm ilə İran dünyada ən çox qırıcısı olan ölkə olaraq qəbul edilmişdi. Habelə, jurnal bildirib ki, İranın Amerika istehsalı olan F-14, F-5 və F-4 təyyarələrinin əksəriyyəti köhnədir.

Jurnal həmçinin, İranın hava hücumu sahəsindəki silahlarının Rusiya istehsalı MİQ-29 bombardmançıları və Çin istehsalı J-7-lər olduğunu qeyd edib. 

Xatırladaq ki, bütün bunlar 1980-90-cı illərin istehsalı olan hərbi silahlardır.
 

"İzvestiya" qəzeti habelə qeyd edir ki, İran Amerika və İsrail tərəfindən onun atom təsisatlarının dağıdılması təhdidinə qarşı hava hücumundan müdafiə, radar, hərbi qırıcılar və kibermüharibə texnologiyasının yenilənməsinə ehtiyacı var. 


Ancaq qəzetdə qeyd olunur ki, maliyə problemlərinə baxmayaraq, İranın Rusiyadan 1 və ya 2 ədəd hava hücumundan müdafiə sistemləri alacağı ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO