Antarktidada istiləşmənin səbəbi AÇIQLANDI 

Antarktidada istiləşmənin səbəbi AÇIQLANDI 

Hazırda oxunan: Antarktidada istiləşmənin səbəbi AÇIQLANDI 

0:00
0:00
34640

Antarktidadakı Tueytsa buzlağının yüksək sürətlə əriməsinin səbəbi məlum olub.

Bizim.Media xəbər verir ki, Almaniya və Britaniya geofizikləri Antarktidanın altında geotermal istiliyin artdığı bölgə kəşf edib. 

Tueytsa buzlağının əriməsi Yerdəki digər buzlaqlara nisbətən, qlobal dəniz səviyyəsinin artmasının dörd faizindən çoxdur. 

Alimlərin fikrincə, bu rəqəm Tueytsa buzlağının əriməsi ildən-ilə artdıqca artacaq. Mütəxəssislər bunu qlobal iqlim dəyişikliyi və bir çox yerdəki buzlağın dənizin dibinə dirənməsi və buna görə də isti su kütlələri ilə təmasda olması ilə əlaqələndirir.

Alimlər aeromaqnit müşahidələrindən əldə edilən məlumatlara əsaslanaraq, Qərbi Antarktidada geotermal istilik axınının xəritəsini tərtib edib və Tueytsa buzlağının altında böyük miqdarda geotermal istinin Yerin mərkəz hissəsinə daxil olduğu zona aşkarlayıb.

"Qeydlərimiz göstərir ki, yer qabığının yalnız 17-25 kilometr qalınlığında olduğu Tueytsa buzlağının altında, hər kvadrat metrə 150 milivata qədər olan geotermal istilik axını baş verə bilər", - deyə araşdırma müəlliflərindən biri, diktor Karsten Qol bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO