Kosmosa göndərilən ilk humanoid-robot ismarış göndərdi

Kosmosa göndərilən ilk humanoid-robot ismarış göndərdi

Hazırda oxunan: Kosmosa göndərilən ilk humanoid-robot ismarış göndərdi

33302

Yaponiyanın Beynəlxalq Kosmik Stansiyaya göndərdiyi ilk humanoid-robot kosmosdan ilk sözlərini tələffüz edib. "Kirobo" adlandırılan danışan robotun söylədiyi ilk sözlər isə bunlar olub: "21 avqust 2013-cü il. Bu, robotlar üçün gələcək arzularına doğru ilk addımdır". Humanoid-robotun adı yapon dilində «ümid» və «robot» sözlərinin birləşməsindən götürülüb.

Moderator.az-ın məlumatına görə, uşaq oyuncağını xatırladan Kirobo Beynəlxalq Kosmik Stansiyaya avqustun 4-də, Yaponiyanın Taneqasima kosmodromundan 5-tonluq yükün tərkibində göndərilib. Humanoid-robot astronavt Koiçi Vakaya yoldaş olmaq üçün, həm də Yerdə qalan "Mirata" adlı digər robotla ünsiyyət qurmaq üçün hazırlanıb.

Yapon mütəxəssislər Kirobonun kosmosa göndərilməsini «insanlar üçün kiçik, robotlar üçün isə böyük addım» adlandırırlar. Kirobonun dizayneri hesab edir ki, kosmosa robotun göndərilməsi rabitə tarixində yeni səhifə aça bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO