Şinzo Abe Olimpiadanın açılış mərasiminə getməyəcək - SƏBƏB 

Şinzo Abe Olimpiadanın açılış mərasiminə getməyəcək - SƏBƏB 

Hazırda oxunan: Şinzo Abe Olimpiadanın açılış mərasiminə getməyəcək - SƏBƏB 

29420

Yaponiyanın sabiq Baş naziri “Tokio-2020” Olimpiadasının açılış mərasiminə qatılmayacaq. 

Bizim.Media NHK telekanalına istinadla xəbər verir ki, sabiq Baş nazir yüksək səviyyəli qonaq qismində Tokio Olimpiadasının açılış mərasiminə dəvət olunmasına baxmayaraq, tədbirdə iştirak etməkdən imtina edib. 

Bildirilir ki, hökumətin sabiq başçısı bu barədə qərarını Tokioda hələ də davam edən fövqəladə vəziyyət rejimi ilə əsaslandırıb.

Xatırladaq ki, koronavirus pandemiyasına görə, həm açılış mərasimində, həm də yarışların əksəriyyətində adi vətəndaşların iştirakına icazə verilməyəcək. Bunu əsas gətirən Ş.Abe adi Yaponiya vətəndaşlarının qatıla bilmədiyi tədbirdə iştirakdan imtina edib. 

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 8-dək keçirilməli idi. Lakin koronovirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb.

Eyni zamanda, təşkilatçılar əcnəbi həvəskarların və yerli tamaşaçıların da Tokioda və daha altı prefekturada Olimpiya tədbirlərinə buraxılmaması barədə qərar qəbul ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO