
- A-
- A
- A+
Rusiyada WhatsApp BAĞLANIR? – Peskovdan XƏBƏRDARLIQ
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, WhatsApp messenceri Rusiyanın qanunlarına əməl etməyə borcludur.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Peskov jurnalistin sualını cavablandırarkən qeyd edib ki, WhatsApp ümumilikdə bir çox ölkələrdə, o cümlədən Rusiyada ən məşhur xidmətlərdən biridir, lakin bu, onu qanunlara əməl etmək öhdəliyindən azad etmir:
"Bütün digər xidmətlər kimi, təbii ki, onun da Rusiyanın qanunlarına uyğun olaraq müəyyən öhdəlikləri var. Bütün qanunlar yerinə yetirilməlidir", – deyə Peskov bildirib.
Bundan əvvəl Dövlət Dumasının informasiya siyasəti komitəsinin sədr müavini Anton Gorelkin bəyan etmişdi ki, WhatsApp artıq Rusiya bazarından çıxmağa hazırlaşmalıdır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































