Tramp fövqəladə vəziyyət rejimini tətbiq etdi -  YENİLƏNİB

Tramp fövqəladə vəziyyət rejimini tətbiq etdi - YENİLƏNİB

Hazırda oxunan: Tramp fövqəladə vəziyyət rejimini tətbiq etdi - YENİLƏNİB

259078
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi haqqında sənəd imzalayıb.

Bu barədə “Twitter”də Trampın mətbuat katibi Sara Sanders yazıb.

O bildirib ki, ABŞ prezidenti cənub sərhədində böhranla mübarizə məqsədilə fövqəladə vəziyyət haqqında rejimin tətbiqinə dair sənəd imzalayıb.

***

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın inşasına görə ölkədə fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Bu barədə BBC məlumat yayıb.

Müvafiq sənədin imzalanması “şatdaun”un (maliyyələşmənin dayanması ilə əlaqədar federalxa0 təşkilat və idarələrin fəaliyyətini müvəqqəti dayandırması – red.) qarşısını almağa imkan verəcək. Belə bir vəziyyətdə Trampın səlahiyyətləri artacaq və onun Meksika divarının tikintisinin maliyyələşməsi üçün Konqresin “yaşıl işıq” yandırmasına ehtiyacı olmayacaq.

Artıq Trampın bu planı aparıcı demokrat siyasətçilərin hiddətinə səbəb olub. Çoxları Ağ Ev rəhbərini “ifrat dərəcədə səlahiyyətdən istifadə etməkdə” və “qanunsuz addımlar atmaqda” ittiham edir.

Qeyd edək ki, Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl seçki platformasında Meksika ilə sərhəd divarının tikintisini prioritet elan etmişdi. Bununla belə, konqresdəki demokratlar onun tikintisinin tam olaraq maliyyələşdirilməsinə hər vəchlə mane olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO