“Amazon” anbarında robot “təxribatı”: 
 20 nəfər xəstəxanalıq oldu

“Amazon” anbarında robot “təxribatı”: 20 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: “Amazon” anbarında robot “təxribatı”: 20 nəfər xəstəxanalıq oldu

250430
“Amazon” şirkətinin Robinsvil şəhərində ( Nyu-Cersi ştatı) yerləşən anbarında qeyri-adi qəza baş verib. Robot içində ayıları qorxutmaq üçün istifadə olunan kimyəvi maddənin olduğu balonu aşırıb. Sprey şəklində olan həmin maddə tənəffüslə bağlı problemlərə və müvəqqəti korluğa səbəb olur.
Hadisə nəticəsində maddə yaxınlıqda olan insanların tənəffüs yoluna gedib və işçilərin halı pisləşib. 20-dən çox şirkət əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın baş verdiyi anbarda 3000-ə yaxın insan çalışır.

Amerikanın “ABC News” telekanalı zərərçəkənlərdən birinin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını deyib. Daha üç nəfərə yerində ilkin tibbi yardım göstərilib.

“Amazon” hadisənin təfərrüatını açıqlamasa da, mediya nümayəndəsi hadisəni içəridə olan robotlardan birinin törətdiyini təsdiqləyib.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO