Tramp ilk dövlət səfərini Səudiyyə Ərəbistanına etdi - VİDEO

Tramp ilk dövlət səfərini Səudiyyə Ərəbistanına etdi - VİDEO

Hazırda oxunan: Tramp ilk dövlət səfərini Səudiyyə Ərəbistanına etdi - VİDEO
249060
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.

Bildirilib ki, ABŞ liderinin təyyarəsi Ər-Riyad hava limanında yerə enib.

Bu, Trampın yanvarda ABŞ prezidenti postuna yenidən gəldikdən sonra ilk dövlət səfəridir.

Trampı Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman şəxsən qarşılayıb. Bu, çox nadir haldır, çünki adətən xarici liderləri hava limanında əyalət rəhbəri qarşılayır.

Tramp Tesla şirkətinin baş direktoru və müşaviri İlon Maskın da daxil olduğu nüfuzlu Amerika biznes liderlərinin müşayiəti ilə əvvəlcə Səudiyyə-Amerika İnvestisiya Forumunun keçirildiyi Ər-Riyada, daha sonra çərşənbə günü Qətərə və cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO