Rusiya Mərkəzi Bankı qiymətli və qeyri-qiymətli metallardan hazırlanmış beş yeni xatirə sikkəsi buraxıb.xa0
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, yeni pulların arasındaxa0 Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş üç rubl dəyərində gümüş sikkə də var.
Xatirə yubiley sikkəsinin sayıxa0 cəmi 2 min ədəddir. Pulun arxa tərəfində "Qroznı-Siti"xa0 göydələnlər kompleksininxa0 fonundaxa0 "Çeçenistanın ürəyi" məscidi əks olunub.xa0
Xatırladaq ki, 5 oktyabr 2018-ci ildə Çeçenistan paytaxtının 200 illik yubileyi qeyd ediləcək. Bayram dövlət səviyyəsində keçiriləcək. Bu barədə fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.xa0
Qeyd edək ki,xa0 2016-cı ildə Rusiya Mərkəzi Bankı üzərində Osmanlı dövrünə məxsus məscidin təsviri olan xatirə sikkəsi da buraxıb. Gümüş pulun arxa tərəfində Memar Sinan tərəfindən tikilmiş Kezlevdə yerləşən Xan Cami (Cümə Cami)xa0 müsəlman ibadətgahı əks olunub.
Sultan Laçın




































































































