Bolt komanda yoldaşına görə medalından məhrum edildi

Bolt komanda yoldaşına görə medalından məhrum edildi

Hazırda oxunan: Bolt komanda yoldaşına görə medalından məhrum edildi

227476
Əfsanəvi atlet Useyn Bolt Olimpiya Oyunlarında qazandığı qızıl medalların birindən məhrum edilib.

Yamaykalı idmançı Pekin-2008-dəki mükafatını təhvil verməli olub.

Söhbət 4x100 m estafet qaçışındakı çempionluqdan gedir. Onun komanda yoldaşı Nesta Karterin analizində dopinq aşkarlanıb. Buna görə Yamayka yığması çempionluqdan məhrum edilib.

Halbuki Bolt və komandası məsafəni 37,10 saniyəyə qət etməklə dünya rekorduna imza atmışdı. Lakin Beynəlxalq Olimpiya Komitəsi bu nəticəni ləğv edib. İdman Arbitraj Məhkəməsi (CAS) isə yamaykalıların müraciətini rədd edib.

Qeyd edək ki, bu cəzadan sonra qızıl medallar Trinidad və Tobaqo yığmasına verilib. Yaponiya və Braziliya yığmaları isə müvafiq olaraq gümüş və bürünc medallara layiq bilinib.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO